Mollakratiya rejiminin qəzetləri Urmu Gölünün quruduğunu elan etdi

 

Panfarsizm rejmi qurutduğu Urmu gölünü artıq xəritədən və coğrafiyadan sildi.

Tehranda İran mollakratiya rejminin ideoloji tribunası olan rəsmi qəzetələrin yaydığı xəbərlərdə artıq “Urmu Gölünün quruduğu, adının və yerinin xəritələrdən silindiyi” ilə bağlı son günlər davamlı şəkildə yazılar gündəmə gətirilməkdədir. Həmin yazılarda açıq şəkildə bildirilir ki, Urmu Gölü tamamilə qurudulmalı və oranı xilas etməyin heç bir anlamı qalmamışdır.

Qeyd edək ki, 1925-ci ildə hakimiyətə gətirilmiş pəhləvilər xanədanlığı 1978-ci il 23 Bəhmən İnqilabına kimi İran adlı ölkədə “paniranizm” və “panfarsizm” siyasətini dövlət ideologiyasına çevirməklə yanaşı, strateji hədəf kimi Güney Azərbaycan anlayışını tamamilə məhv etmək düsturu ilə hərəkət etmişdir. Bu proses daha qəddar biçimdə 23 Bəhmən İnqilabından sonra hakimiyyətə gəlmiş mollakratiya rejimi tərəfindən davam etdirilmişdir. Ötən 38 il içində nəinki Güney Azərbaycanın milli varlığı, eləcə də coğrafi düzən kimi, ən ağır ekoloji problemlərin yaradılması kimi hədəflər də sərgilənmişdir. Urmu Gölünün tamamilə qurudulması əslində bölgədə yaşayan 10 milyona yaxın insanın həyatını tamamilə təhlükə altına atmaq deməkdir. Bununla yanaşı, Türkiyənin 6 vilayəti, Quzey Azərbaycvanın Naxçıvan və Arazboyu bölgləri də təhdid altındadır. Belə ki, Urmu Gölü dünyanın ən böyük duz yataqları hesab olunur. Burada davamlı əsən yel və küləklərin sayəsində toza çevrilən duz yataqları ormanları, otlaqları, tarlaları və digər təbii qaynaqları tamamilə şoranlaşdıra bilər. Bu yöndə 2009-2010 cu illərdə Güney Azərbaycanda rejmin Urmu gölünü qurtumasına qarşı kütləvi eyləmlər təşkil edilmiş, bu eyləmlərdə onlarla soydaşımız molla rejmi təfindən tutuqlanaraq illərlə həbsə məhkum edilmişdilər. Dünyanın heç bir dövlətində görünməyib ki, ekoloji problemlərə görə etiraz edən insanlar tutuqlansınlar, edam olunsunlar və ya məcburi mühacirətə göndirilsinlər. Belə bir durum ancaq və ancaq əcaib və qəraib İran mollakratiya rejimində baş verib. BMT və başqa uluslararası birliklər Urmu Gölünün çevrəsində yaranmış ekoloji böhrana görə həyəcan təbili çalmaqla yanaşı, bu gölün bərpa edilməsi üçün gərəkən yardımları elan etmiş, hətta böyük miqdarda maliyyə vəsaiti də ayırmışdılar. Bütün bunlara qarşı çıxan mollakratiya rejimi öz bildiyini davam etdirməkdədir. Bunun tək bir adı var: “Güney Azərbaycandan, Türkün ulusal varlığından intiqam almaq.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

11:18