Mollakratiya rejimindən Tərbizə qarşı növbəti rəzalət

 

Şəhər Şurasının üzvü:  “Təbriz 2018” üçün büdcə vəsaiti ayrılmır, dövlət bir rial belə ödəmir...”
 

Güney Azərbaycanın ba.kəndi Təbriz 2018-ci ilin islam dünyasının turizm başkəndi  seçilib, lakin bu şəhərin 2018-ci ildə turist qəbul etməyə hazırlığı yoxdur. Buna səbəb İran rejiminin Azərbaycan şəhərinə büdcə vəsaiti ayırmamasıdır. Budan öncə mollakrat rejimin Nazirlər Kabinetində “Təbriz 2018” layihəsi üçün 700 milyard tümən məbləğində vəsait ayrılacağı bildirilmişdir. Lakin artıq 2018-ci ilə çox az müddət qalır, bu günədək dövlət tərəfindən bir rial belə ödənilməyib. Yarımçıq qalmış projelər isə tamamlanmadı. Layihə ilə bağlı bütün problemlər Tərbiz Bələdiyyəsinin öhdəsinə buraxılıb.

Mətbuatda yayılan məlumata görə, Tərbiz Şəhər Şurası idarə heyətinin üzvü Əli Acudanzadə bu barədə geniş məlumat verib.

““Təbriz 2018” təkcə Bələdiyyə İdarəsinin öhdəsinə buraxılacaq bir layihə deyil. Bu işdə turizm, əl işləri və Mədəni İrs Təşkilatı, valilik, yerli icra hakimiyyəti və digər orqanlar əməkdaşlıq etməlidir. Bundan öncə qərara alınmışdır ki, 12 nazirliyin abadlaşdırma işlərinə ayrılan büdcənin 10 faizi “Tərbiz 2018” layihəsinə verilsin. Bu, təxminən 700 milyard tümən vəsait deməkdir, lakin hökumət indiyə kimi bir rial belə vəsait ödəməyib. Bu layihə ilə bağlı görülən işlər də yerli maliyyə qaynaqları hesabına görülüb.”- deyə o bildirib.

Şəhər Şurasının üzvü vurğulayıb ki, indiyə kimi layihə ilə bağlı nə edilibsə, Bələdiyyə İdarəsi tərəfindən edilib. Başqa orqanlar heç bir yardım etməyib. Hökumət yetkililərinin  rəsmi səfərlərində də bütün işlərin Bələdiyyə İdarəsinin öhdəliyinə buraxıldığını gördük. Ötən günlərdə Tərbizin valisi Məcid Xudabəxş də ilin sonunadək “Tərbiz 2018” layihəsi üçün heç bir büdcə vəsaitinin ayrılacağını gözləmədiyini bildirmişdir.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Tərbiz 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir.

Xudaferin.eu

Güney Azərbaycan, "Tərbiz Bürosu"

 

09:56