Mollakratiya rejimindən Güney Azərbaycana sarsıdıcı yeni zərbə

İran mollakratiya və panfarsist rejimi Güney Azərbaycanın önəmli caddəsinin adını farslaşdırıb. Türkiyə-Güney Azərbaycan sınırında yoğun ticarət mərkəzi olan Makı-Bazərqan caddəsinə çağdaş paniranizm və panfarsizm ideyasının daşıyıcılarından biri kimi tanınmış Haşimi Rəfsəncanin adını qoyub. Beləliklə də panfarisizm irqçiliyinə rəsmi status verilibdir. Tehran rejiminin belə bir addım atması əhalinin və Azərbaycan Milli Hərəkatının fəallarının qəzəbinə səbəb olub.

İran adlanan ölkənin yaranışından günümüzədək (son80 ildə) fars rejimləri(Pəhləvi və mollakratiya) Azərbaycan Türklərini assimliasiya etmək və kimlik və vətən anlayışını yox etmək üçün Güney Azərbaycanda coğrafi adları silib və çoxlu türk adı ilə bilinən şəhər, kənd, qəsəbə və digər məkanların adlarını daim farslaşdırmaq siyasətini yürüdüb. Beləcliklə Türkü inkar yolunu rəsmiləşdirib.
Qeyd edək ki son günlər sosial mediada Güney Azərbaycanın Avropya açılan önəmli caddəsini adını dəyişilməsi milli fəallar tərəfindən əməlli başlı qınanmışdır. Makı və bu bölgəyə yaxın olan çevrədə Gübney Azərbaycan Milli Hərəaktının fəalları bu qondarma adı daşıyan lövhələri yıxmaq və ya onların qaradılması üçün hərəkətə keçmişlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

12:05