Mollakratiya rejimi Urmu Gölü ilə bağlı ünvanlanan sual barədə susur
Güney Azərbaycanın Urmu Gölü ətrafından yaranmış ekoloji problemlər və gölün su həcminin tamamilə quruması məsələsi ilə bağlı millət vəkilləri rejimin prezidenti Həsən Ruhaniyə ünvanladığı sual haqda müraciət 16 gün öncə parlament sədri Əli Laricaniyə təqdim olunub, lakin Parlamentin Rəyasət Heyəti hələ də bu məsələni gündəmə gətirməyib.
Bu barədə danışan Güney Azərbaycanın Vərziğan bölgəsindən olan millət vəkili Rza Əlizadə Parlamentin Rəyasət Heyətini sərt tənqid edib. O həm də müraciəti imzalayan deputatlardan biridir. Millət vəkilinin bildirib ki, müraciəti imzalayan 115 millət vəkili noyabrın 13-də prosesin bu qədər uzanmasının səbəbini soruşacaqlar. Onun sözlərinə görə, Parlamentin Rəyasət Heyəti prezidentə ünvanlanan sual haqda bu günə qədər susub, məsələyə laqeyd münasibət sərgiləyib.
“Urmu Gölü məsələsi siyasi düşərgə mənsubiyyətindən asılı olmayaraq hər kəsin və bütün ölkənin məsələsidir. Bu məsələdə əl-ələ vermək lazımdır. Urmu Gölü böhranı ətraf mühit nöqteyi-nəzərindən ölkənin böyük bir hissəsini təhdid edən məsələdir. Ona görə də siyasi düşərgə mənsubviyyətindən asılı olmayaraq müraciəti bir çox millət vəkili imzalayıb”- deyə Rza Əlizadə bildirib.
Vərziğanın millət vəkili vurğulayıb ki, “biz prezidentə ünvanladığımız sual məsələsində ciddiyik. Müraciət Parlamentin Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra prezidentin parlamentə gəlməsini və suallara cavab verməsini gözləyəcəyik. Hökumət bizə cavab verməlidir. Ona görə ki, bu günə qədər Urmu gölü ilə bağlı dövlətin gördüyü işlərin heç bir qəbul olunası deyil.”
Onu da qeyd edək ki, özünü islahatçı cildinə soxmuş, fars kökənli olmayan toplumların səsiini qazanmaq üçün hiyləgərcəsinə isətnilən xalqı asanlıqla aldatmağı bacarmış, Urmu Gölünü canlandırmaq və “Türk dili və ədəbiyyatı mədəniyyət evi”nin yaradılması Həsən Ruhaninin seçkilər öncəsi Azərbaycan əhalisinə verdiyi bir sıra əsas vədlər olub. Ancaq, ötən 5 ildə verilən vədlərin heç biri yerinə yetirilməyib.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”
10:06
Digər xəbərlər