Mollakratiya rejimi Güney Azərbaycandakı sel fəlakətinə laqeyd yanaşdı

 

Güney Azərbaycanı şəhərlərinin millət vəkilləri, türk fəallar və sosial media istifadəçiləri dövlət qurumlarından əlavə İran mollakratiya rejiminin mediyasının Tufarqan, Sulduz və Əcəbşir kimi şəhərlərdə baş verən sel fəlakətinə münasibətini tənqid edirlər.

Medianın 40-dan çox vətəndaşın daşqınlar səbəbilə ölməsinə laqeyd yanaşması, habelə ölənlər və zərər çəkənləri təqsirləndirmək yönündə dərc edilən qəzet başlıqları sadəcə Güney Azərbaycan Milli Hərəkatının fəallarının və yerli jurnalistlər arasında deyil, adi vətəndaşlar arasında da geniş təpki və etiraza səbəb olub.

Mollakratiya rejiminin başkəndi Tehran Bələdiyyəsinin nəşr etdiyi “Həmshəri” qəzetinin dərc etdiyi “Sel gəldi və izləyənləri apardı” və İran dövləti Qırmızı Aypara Cəmiyyətinə aid “Şəhrvənd” qəzetinin “İzləmə qurbanları” başlıqlarını sosial media istifadəçiləri “çirkin” və “qeyri-insani” kimi ifadələrlə də dəyərləndirirlər. Bu qəzetlərdən əlavə, bəzi dövlət rəsmiləri də vətəndaşların durub seli izlədikləri üçün həlak olduğunu iddia ediblər.

Yerli qəzetlər bu iddianı rədd edir. Sosial mediada yayımlanan şəkillər və videolarda isə yollarda hərəkət edən avtomobillərin selə tutulduğu göstərir. Yerli jurnalistlərin verdiyi bilgilərə görə, daşqınlar zamanı bir çox kəndlərin tək giriş yolu selə qərq olub və avtomobilləri içinə alması olub. Media və dövlət rəsmilərinin irəli sürdüyü iddialara millət vəkillərindən də təpki gəlib.

Güney Azərbaycan Milli Hərəkatının verdiyi açıqlamaya görə, sel fəlakətindən sonra başda Tehran olmaqla bütün ölkə qəzetlərinin birinci səhifələrində dərc edilən başlıqları qarşılaşdırılıb və bəlli olub ki, qəzetlərin əksəriyyətində fəlakətə laqeyd yanaşılmış, iki qəzetdə isə dərc olunan başlıqda “olayın təhrif edildiyinə” diqqət çəkilib. Bütün bunlar bird aha sübut edir ki, Güney Azərbaycanda sosial-iqtisadi, mədəni, təhsil və elmi, digər sahələrdə Tehran mollakratiya rejimi bu proseslərə ögey münasibət sərgiləyir. Bütün bu yaramazlıqlara etiraz edənləri isə, dərhal həbsxanaların küncünə atır. Belə bir durumun isə tək bir adı var: İran mollakratiya rejimi Güney Azərbaycana qarşı aparteid siyasətini bu gün də davam etdirir. Günahsız insanların təbii fəlakət kimi sel içində boğulub məhv olması belə, Tehran rejiminin sərgilədiyi antihumanist siyasət kimi qəbul edilməsi rejimin mahiyyətinin bir parçasıdır.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

09:20