Moldovanın xəbər portalları Azərbaycan Ordusunun gücündən yazır

Moldovanın xəbər portalları Qərb KİV-nə istinadla Azərbaycan Ordusunun qüdrətindən yazıblar.

AZƏRTAC xəbər verir ki, materiallarda Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, Vətən müharibəsində Azərbaycanın Qələbəsi nəticəsində yaranan yeni geosiyasi reallıqlar və Azərbaycan Ordusunun güclü tərəfləri barədə oxuculara ətraflı söhbət açılır.

Bundan başqa, materiallarda vurğulanır ki, Azərbaycan nailiyyətləri əsasən hava hücumuna qarşı, raket hücumundan müdafiə, həmçinin hava-kosmik bazasında kəşfiyyat və müşahidə sistemlərini özündə birləşdirən müasir komandanlıq və idarəetmə şəbəkə strukturu sayəsində əldə edilib.

Müəlliflər, həmçinin ona diqqət yetirirlər ki, Qərb dövlətləri artıq yüksəktexnoloji silahların yeganə istifadəçisi deyil və Azərbaycan Avropa İttifaqının əksər ölkələri ilə müqayisədə daha genişspektrli əməliyyatlara reaksiya verə biləcək qabiliyyətə malik hərbi vasitələrə sahibdir.

Emil Hüseynli

Xudaferin.eu


 

16:10