Moldovanın sabiq Ombudsmanı Aurelia – “Sərkisyanın qanlı əlləri…”
Moldovanın sabiq ombudsmanı Aurelia Qriqoriu Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” forumunda çıxış edib.
Xanım Aureliia Qriqoriu hazırda davam edən forum olduqca önəmli bir tarixə – Şərq Tərəfdaşlıq Forumunun başlandığı ərəfəyə təsadüf etdiyini bildirib. Onun sözlərinə görə, burda deyilən fikirlərin həmin foruma təsir edəcəyi şübhəsizdir. Xanım Qriqoiu həmçinin çıxışında bildirib ki, Dağlıq Qarabağ separatizm nümunəsi yox, işğaldır. Ermənilərin Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal etməsinə diqqət çəkən çıxışçı 1 milyon azərbaycanlı qaçqın faktoruna da diqqət çəkdi: “Bu, dünyada görünməmiş qaçqın axınıdır. Təəssüf ki, dünya birliyi buna seyrçi qaldı. Ardınca isə digər işğal prosesləri ortaya çıxdı. Bunların sırasında Dnepryanı proseslər, Gürcüstandakı və Krımdakı hadisələri misal çəkmək olar”.
Serj Sərkisyanı “cinayətkar” adlandıran xanım Qriqoriu daha sonra sərt bəyanatlar verib: “Bu dəstənin əlləri Azərbaycanın dinc əhalisinin qanına batıb. Buna baxmayaraq, dünyanın bir çox liderləri ona salam verir və qanlı əllərini sıxırlar. Amma bu kimi nümunələr aradan qalxmalıdır. Onlara bu cür münasibət yeni cinayətlərə təhrik etmək, hərbi cinayətlərin cəzasızlıq mühitinin yaradılmasıdır. Bu cür cinayətkarlar dünya liderləri tərəfindən qəbul olunmamalı, onlarla görüşülməməlidir”.
A.Qriqoriu sonda təklif verib ki, Ermənistan və bölgələrdəki canilərə Avropa ölkələrinə viza verilməsi dayandırılsın, eləcə də işğal bölgələrinə səfərləri dayandırılsın.

Musavat.com
10:05
Digər xəbərlər