Moldovanın nüfuzlu xəbər portalları Qarabağdan xüsusi reportajlar hazırlayıb

Moldovanın nüfuzlu xəbər portalları Azərbaycanın işğaldan azad olunan ərazilərindən, o cümlədən Şuşadan xüsusi reportajlar dərc edib.

Xudarin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, Moldovanın nüfuzlu “curentul.md”, “oficial.md” xəbər portallarında dərc olunan geniş məqalədə işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə yazılıb. Qeyd edilib ki, Azərbaycan 28 ildən sonra işğalda olan ərazilərini azad edib və dərhal bərpa işlərinə başlanılıb.

Müəlliflər məqalələrində yazırlar ki, paytaxt Bakıdan avtomobillə 5 saatlıq məsafəsi olan Füzuli və Zəngilanda yollar çəkilir, körpülər salınır, elektrik enerjisi stansiyası tikilir. Həmin ərazilər öz sakinlərinin qayıdışına hazırlaşır. Zəngilanda dəmir yolunun çəkilişi üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əraziləri minalardan təmizləyir.

Reportajda Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa şəhərinə xüsusi yer ayrılıb. Qeyd olunur ki, Şuşaya gedən yolda çox çətin şəraitdə yeni yollar salınır. Şuşanın təbiəti, iqlimi şəhərin yenidən qurulmasından sonra turistlər üçün gözəl məkan olduğunu isbatlayır. Məqalələrdə, həmçinin uzun fasilədən sonra Şuşada keçirilən “Xarıbülbül” festivalından da bəhs edilir.

Emil Hüseynli

Xudarin.eu

16:09