Moldovanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-da Azərbaycana rəsmi səfərə gəlib.

Xudaferin.eu AZƏRTAC-a istindən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Nataliya Qavrilitsanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər qarşıladılar.

Xudaferin.eu

14:55