Moldovalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib
Ötən qış mövsümü bizim üçün çox çətin keçdi, istilik təchizatına görə problemlər yaşadıq. Bu problemin həllində Moldovaya dəstəyinə görə Azərbaycana təşəkkür edirik.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Moldova parlamentinin Sosial müdafiə, səhiyyə və ailə işləri üzrə komitəsinin sədri Dan Perçun Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevlə keçirilən görüşdə deyib.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən parlamentari Moldova ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinin və sosial sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.
Mövcud böhrandan və problemlərdən danışan moldovalı qonaq Moldovanın digər ölkələrdən asılılığını azaltmaq üçün müəyyən işlər görüldüyünü diqqətə çatdırıb.
Rəqəmsallaşmanın prioritet məsələlərdən biri olduğunu qeyd edən moldovalı parlamentari deyib: “Düşünürük ki, Azərbaycan bu məsələdə də bizdən köməyini əsirgəməyəcək”.

Xudaferin.eu
15:48
Digər xəbərlər