Moldovada gərginlik

Prezident Moskvaya, müxalifət isə küçələrə üz tutub. Moldovada prezident seçkilərinin qalibi elan edilən İqor Dodon ilk səfərini Moskvaya edəcək. “XUDAFERİN.EU”nun Moldova təmsilçisinin veridiyi açıqlamaya görə, ölkədəki sosialistlərin lideri İqor Dodon bunu hələ seçki kampaniyası dövründə bəyan etdiyini və sözünü yerinə yetirəcəyini deyib. Dodon öz rəqibi Maya Sanduya müraciət edərək seçkilərdən sonra nəticələri şübhə altına almamağa çağırıb və onun təfərdarlarını qanunsuz hərəkətlərdən çəkindirməsini istəyib.

Qeyd edək ki, Maya Sandu seçki bitəndən dərhal sonra səsvermənin yaxşı təşkil olunmadığını bildirmişdi. Digər məlumatlara görə, ölkə müxaifəti seçkinin nəticəsini tanımadığını bəyan edərək nəticələrin ləğvini tələb edir və etiraz aksiyası keçirəcəyini bildirir.

Xudaferin.eu

10:28