Moldova mediası: Azərbaycan regionda davamlı sülhün təmin olunmasını istəyir
Moldovanın nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə dair açıqlamasına geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, “Tv8”, “Rupor”, “Realitatea” və digər xəbər portalları Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə avqustun 31-də keçiriləcək görüşünə diqqət çəkirlər. Hikmət Hacıyevin açıqlamasına istinadla vurğulanır ki, Azərbaycanın Brüssel görüşündə əsas gözləntisi sülh sazişinin hazırlanması üçün işçi qrupunun fəaliyyətə başlaması ilə bağlı razılıq əldə edilməsidir.
Qeyd olunur ki, Azərbaycanın əsas məqsədi sülh müqaviləsinin təfərrüatları və ümumi mətni üzrə danışıqlar prosesinin başlamasıdır. Təbii ki, Azərbaycan sülh müqaviləsinin tezliklə imzalanmasını, beynəlxalq hüququn norma prinsipləri əsasında iki dövlət arasındakı münasibətlərin təsbit olunmasını və regionda bunun əsnasında davamlı sülhün təmin edilməsini istəyir.

Emil Hüseynli
Xudaferin.eu
17:03
Digər xəbərlər