Moldova KİV-i Milli Məclisin sədrinin MDB PA-dakı çıxışına geniş yer ayırıb

Moldova mətbuatında Milli Məclisin sədri Sahibə Qafarovanın Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasındakı çıxışı rumın və rus dillərində yayımlanıb.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Moldovanın “Noi”, “Timpul”, və “DosarMedia” portallarında yayımlanmış xəbərlərdə Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində sürətli genişmiqyaslı quruculuq və yenidənqurma işləri apardığı əks olunub.

Eyni zamanda, xəbərlərdə Ermənistan tərəfindən basdırılan minaların hələ də bərpa işlərində ən böyük problemlərdən biri olduğu, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra iki il ərzində mina partlayışları nəticəsində 260-dan çox Azərbaycan vətəndaşının həlak olduğu və ağır yaralandığı, bu minaların Ermənistan tərəfindən həm işğal illərində, həm də müharibədən sonra 2021-ci ildə basdırıldığı, həmçinin bu il sentyabrın 13-də Ermənistanın növbəti hərbi təxribatının çoxsaylı insan tələfatına səbəb olduğu, eləcə də məhz Azərbaycanın beynəlxalq hüququn hamılıqla tanınmış 5 prinsipi əsasında Ermənistana sülh təklif etdiyinə dair məlumat yer alıb.

Bundan əlavə, məlumatlarda İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmalı olduğu, Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu prosesin gecikməyəcəyi və sülh sazişinin imzalanması üçün real addımlar atılacağı qeyd olunub.

Emil Hüseynli

Xudaferin.eu
 


 

15:41