Mogerini: “Tramp Rusiyaya qarşı sanksiyaları davam etdirəcək”

ABŞ-ın yeni administrasiyasının mövqeyindən asılı olmayaraq Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaları davam etdirəcək». Bunu Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini deyib. «Wall Street Journal»a açıqlamasında Mogerini onu da bildirib ki, Minsk sazişinə əməl etməyənə qədər Avropa Birliyi Rusiyanı sanksiyalardan azad etməyəcək.

“Bu cür məsələlərdə avropalıların qərarı Vaşinqtonun siyasi qərarları ilə bağlı olmur», deyə Mogerini əlavə edib. Mogerini Rusiyaya qarşı sanksiyaları daha 6 ay uzadılacağı xəbərini də təsdiqləyib. Avropa Birliyinin iqtisadi sanksiyaları Rusiyanın Krımı ilhaqına və Ukraynanın şərqində separatçılara dəstək verməsinə cavabdır.

Gültəkin
Azadliq.info

15:40