“Mənim düşüncəm-2017” adlı uşaq rəsm müsabiqəsi başlayıb

 

Bakı Xətai Sənət Mərkəzi “Mənim düşüncəm-2017” adlı uşaq rəsm müsabiqəsinə start verib.

Müsabiqə Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. 1 iyun - Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş müsabiqə uşaqlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibətin mükəmməlləşməsi məqsədi daşıyır. Müsabiqədə 15 yaşa qədər olan uşaqlar iştirak edə bilər. İştirak etmək istəyənlər şəxsi məlumatlarını, işlərinin ad, ölçü və texnikası barədə məlumatı mayın 15-dək xsm.2016@mail.ru elektron ünvana göndərə bilərlər.

Xudaferin.eu

 

06:15