MƏN ŞAİR DOĞULMADIM

 

Nədən gec catdı mənə,
Verilən şeir payım?
Ömrün baharı keçmiş,
Artıq qış olmuş yayım.

Bir də ayıldım ki, mən,
Söz içində itmişəm.
Yazdığım şeirlərdən,
Söz yükümü tutmuşam.

Qəlbimdə yaranan söz,
Ağır dəvə yüküdür.
Yazmağım, yaradmağım,
İlahinin lütfüdür.

Dərk edib, anladım ki,
İlahi söz göydədir.
Ruhum cismimdən qopub,
Ona doğru yol gedir.

Tanrının açdığı yol,
Nurlu, işıqlı cığır.
Dünyadan ayrılaraq,
Bu yol səmaya çıxır.

Bu yolun sonu irfan,
Gərəkdir anlayasan.
Ömür adlanan yolu,
Şərəflə sonlayasan.

Mafilə, sən əri, it,
Söz adlanan dünyada.
Ruhun rahatlıq tapsın,
Uçsun əngin səmada.

    
Mafilə Müntəzir
Xudaferin.eu

 

10:43