MN: Qanunsuz erməni silahlı dəstələri Ordumuzun Ağdamdakı mövqelərini atəşə tutub
İyulun 3-ü saat 10:40-dan saat 11:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimizin gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Xudaferin.eu
16:29
Digər xəbərlər