MN: Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur

Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.

  Bu barədə xudaferin.eu  Musavat.com-a istinadən Müdafiə Nazirliyindən məlumat verilib.

"Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur.
Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür", - nazirlikdən bildirilib.

xudaferin.eu
 

13:56