Məmmədyarov rəqibini məğlub edərək birinci yerə yüksəldi

Dünən Şarcda (BƏƏ) FİDE Qran-Prisinin birinci mərhələsinin 4-cü turu keçirilib. 

Xudaferin.eu 1news.az-a istinadən xəbər verir ki, bu turda ağ fiqurlarla oynayan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ingilis idmançısı Maykl Adamsla qarşılaşıb. Görüş 43-cü gedişdə şahmatçımızın qələbəsi ilə başa çatıb.  

Beləliklə də, Məmmədyarov öz aktivinə üçüncü xalı yazıb və turnir cədvəlində birinci pilləyə qalxıb. 

Həmçinin qeyd etmək lazımdır ki, bu gün 5-ci tur çərçivəsində azərbaycanlı qrossmeyster ABŞ idmançısı Hikaru Nakamura ilə qarşılaşacaq.  

15:06