Əməkdar artist Nərgiz Əliyarova Nyu-Yorkda solo konsert verəcək

 

Noyabrın 26-da əməkdar artist, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarova Nyu-Yorkda Müqəddəs Mark kilsəsində (Saint Mark's Church) solo konsert proqramı ilə çıxış edəcək.

Konsertin proqramına I.Betxoven, R.Şuman, F.Şopen, K.Debüssi, S.Raxmaninov, B.Bartok və Q.Qarayevin əsərləri daxildir. Naycel Smit (bariton) və Blaqomira Lipari (skripka) konsertin qonağı olacaqlar.
Qeyd edək ki, Nərgiz Əliyarova pianoçu kimi, erkən yaşlarından bir sıra uluslararası musiqi festivallarının qalibi olubdur. Bununla yanaşı, uzun illərdir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoqika ilə məşğuldur. Yeni nəsil peşəkar pianoçuların yetişməsində onun da müstəsna xidmətləri vardır.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

12:32