“Mişov dağı” dərgisinin yeni sayı

 

Tehranda yaşayan Azərbaycan Türklərinin Mişov Mədəniyyət Mərkəzi tərəfindən çap olunan “Mişov dağı” jurnalı 20 ildən çoxdur ki, latın və əski (ərəb) əlifba ilə Azərbaycan Türkcəsində işıq üzü görür. Bu günlərdə jurnalın 18, 19 və 20-ci sayları çap olunubdur.

Bu nəşrin yeni saylarında Azərbaycan şairləri Məhəmməd Füzuli, Xurşidbanu Natəvan, Məmməd Arazın və türk şairi Nazim Hikmətin həyat və yaradıcılığından, Xocalı, 20 Yanvar faciələrindən, müasir ədəbiyyatın aparıcı nümayəndələrindən söhbət açılır. Eyni zamanda, jurnalın təsisçisi və redaktoru Aqşın Ağkəmərlinin xalqımızın başına gətirilən bəlalardan bəhs edən yazısı işıq üzü görüb.

Nəşrdə dünya şöhrətli alim Lütfi Zadə, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru Aqşin Babayevin “Nazim və Azərbaycan” kitabı, şair Barat Vüsalın yaradıcılığı barədə yazılar, həmçinin şairə Zərəngiz Dəmirçi Qayalının yaradıcılığından nümunələr, eləcə də digər yazılar dərc olunub.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:56