Misirli şeyxin sərsəmləməsi

“İsraildəki yanğın Türkiyə və Qətərdə baş versə, “Allahu – Əkbər” deyib sevinəcəm”

Misirdə hərbi çevrilişlə hakimiyyətə gəlmiş  Abdulfəttah  Sisinin tərəfdarlarından biri olan Şeyx Mazhar Şahin bütün dünyanı heyrətləndirəcək axmaqcasına çox çirkin açıqlama ilə çıxış edib. Misirdə bir televiziya proqramına qatılan  Mazhar Şahin İsraildə 5 gündür davam edən yanğının Türkiyə və Qətərdə baş verməsini arzuladığını deyib: “Müsəlman Qardaşları”na qol qanad verən Türkiyə və Qətərdə də belə bir yanğının baş verməsini arzu edirəm. Buna bənzər bir yanğının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Təmim bin Hamad əs- Saninin ürəyində baş verəcəyi halda, “Allahu – Əkbər” deyib sevinəcəm” deyə Mazhar Şahin biabırçı açıqlamalarını davam etdirib.
Qeyd edək ki, Şeyx Mazhar Şahin hərbi çevrilişlə hakimiyyətə gəlmiş Sisini müdafiə edən dini camiənin öndə gedən isimlərindəndir. O həm də Misirdə belə bir siyasətin irəli getməsinin ən qatı tərəfdarlarından biri hesab olunur. Beləliklə də Səudiyyə Ərəbistanı da daxil olmaqla artıq Misirdə də Türkiyə və orta Doğuda yaşayan Türklər əleyhində yeni bir cərəyan gündəmə gəlməkdədir.

Xudaferin.eu

11:55