Misirli jurnalist: İşğalçı Ermənistanın insan hüquqlarından danışmağa haqqı yoxdur
Azərbaycan torpaqlarını işğal edən, mülki şəxsləri qətlə yetirən, zəbt etdiyi əraziləri minalayan və dinc insanların ölümünə səbəb olan Ermənistanın insan hüquqlarından danışmağa haqqı yoxdur.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirlər Misirin “Asiaelyom” agentliyinin baş redaktoru Əbubəkir Əl-Məcdin qələmə aldığı “Azərbaycan-Ermənistan münaqişəsinin arxa tərəfi” sərlövhəli məqalədə yer alıb. Müəllif qeyd edib ki, 44 günlük müharibədə ordusu darmadağın olan və kapitulyasiya aktı imzalamağa məcbur olan Ermənistanda səslənən revanşist bəyanatlar Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdiddir. Bunun əksinə olaraq, qalib dövlətin lideri İlham Əliyev Qlobal Bakı Forumunda bəyan edib ki, Ermənistana sülh müqaviləsi üzrə danışıqlara başlamaq təklif edilib, lakin qarşı tərəfdən cavab alınmayıb. Prezident əlavə edib ki, Azərbaycan müharibə deyil, sülh və gələcək haqqında danışmaq istəyir. Dövlət başçısı, eyni zamanda, hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdiyini və bu təklifə də hələ baxılmadığını diqqətə çatdırıb.
Misirli jurnalist yazıb ki, irqçilik, işğalçılıq və etnik təmizləmə siyasətini davam etdirən Ermənistan bu mənfi xislətindən qurtulmalı, ilk növbədə, öz insanlarında nəsildən-nəslə keçən azərbaycanlılara və türklərə qarşı düşmənçilik hisslərini unutmalıdır. İqtisadiyyatı həddindən artıq zəif olan, demoqrafiya böhranı yaşayan bu ölkənin qonşularla etimad körpüsü qurmaq və onlara qarşı ərazi iddialarından birdəfəlik əl çəkməkdən başqa çarəsi yoxdur. Digər tərəfdən, beynəlxalq təşkilatlar tərəfindən də işğalçı dövlət kimi tanınmış Ermənistan özünün dünyada yaranmış qəsbkar imicindən də xilas olmalı, qonşuları qarşısında etimad qazanmalıdır.
Ermənistan ombudsmanının sözdə erməni əsirləri, əslində, terrorçuluqla məşğul olan şəxslərlə bağlı bəyanatını şərh edən Əl-Məcd vurğulayıb ki, azərbaycanlı hərbi əsirlərə işgəncə verən, mülki şəxsləri, o cümlədən uşaqları qətlə yetirən, Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyi barədə heç bir məlumat verməyən, qırğınlar və XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını törədən bir dövlətin nümayəndəsinin insan hüquqlarından danışması ikrah hissi doğurur.

Oqtay Bayramov
Xudaferin.eu
23:05
Digər xəbərlər