Misirdə törədilmiş terror aktı nəticəsində 7 nəfər ölüb

Misirin Sinay yarımadasının şimalındakı Şeyx Züveydə şəhərinin bazarında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 7 nəfərin öldüyü, daha 26 insanın isə yaralandığı bildirilir.

Xudaferin.eu ölkənin Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələrinin bazarın yerləşdiyi rayonda patrul xidmətini həyata keçirdikləri vaxtda təxminən 15 yaşında olan terrorçu-kamikadze polislərin yaxınlığında özünü partladıb. Qeyd olunur ki, terror aktı nəticəsində iki polis zabiti və iki polis nəfəri, habelə üç mülki şəxs həlak olub. Onlardan biri altı yaşında uşaqdır.

Xudaferin.eu

23:53