Misirdə terror aktının qarşısı alınıb - 2 polis ölüb

Misirin paytaxtı Qahirədə terror aktının qarşısını almağa çalışarkən iki polis əməkdaşı həlak olub.

Xudaferin.eu-nun xəbərinə görə, silahlı şəxslər kilsəyə hücum etməyə cəhd göstərib.

Hücum edənlərdən biri zərərsizləşdirilib. Hazırda ikinci silahlının axtarışları aparılır.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xudaferin.eu

16:35