Misir yaxın gələcəkdə regional neft-qaz mərkəzinə çevriləcək

 

Gələn il təbii qazla özünü təmin etməyi planlaşdıran Misir bu tip yanacaq idxalından da imtina edəcək.

 

Yerli KİV-lərin yazdığına görə, bu barədə ölkənin neft və mineral ehtiyatları naziri Tariq Əl Mullah məlumat verib. Nazir eyni zamanda, gələn ilin sonuna Misirin mayeləşdirilmiş qaz idxalında müstəqil olacağını söyləyib. Tariq Əl Mullah həmçinin bildirib ki, onun başçılıq etdiyi nazirlik Misirin regional neft-qaz mərkəzinə çevrilməsi üçün kompleks plan üzərində işləyir: “2018-ci ilin dekabrından etibarən biz Misirdə tamamilə yerli istehsala keçməyi planlaşdırırıq və ölkədə fəaliyyət göstərən xarici şirkətlərdən öz payımızı almağı düşünürük”.

Xudaferin.eu

"Orta Doğu Bürosu"

 

10:38