Minskdə Azərbaycanın karikaturaçı rəssamının sərgisi açılıb

Azərbaycan Rəssamlar İttifaqından bildirilib ki, Belorusun Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Sözsüz” adlı karikatura sərgisi Yakob Kolas adına muzeydə təşkil olunub. Sərgidə rəssamın 60-a yaxın müxtəlif mövzulu əsəri nümayiş edilib. Səgidə əsasən həmyerlimiz karikaturaçı rəssam Bayram Hacızadənin əsərləri yer alıb.

Tədbirdə Belarusun əməkdar incəsənət xadimi, Yakob Kolas ev-muzeyinin direktoru Z.Komarovskaya, Belarusun Rəssamlar İttifaqının sədri Q.Sitniça, “Vоjаk” satirik jurnalının redaktoru A.Korşakeviç, “Belarus” nəşriyyat evinin baş direktoru A.Qarmaza, Belarus Azərbaycan İcmaları Konqresinin rəhbəri Natiq Bağırov, eləcə də Belarusun və Ukraynanın digər tanınmış rəssamları, mətbuat işçiləri və ictimaiyyət nümayəndələri çıxış ediblər. Çıxışçılar bu kimi tədbirlərin iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da yüksəlməsinə xidmət edəcəyini xüsusilə vurğulayıblar.
Tədbirdə rəssam Bayram Hacızadəyə iki ölkə arasında dostluğun möhkəmləndirilməsi və karikatura janrının inkişafında göstərdiyi müstəsna xidmətlərə görə Belarusun Mədəniyyət Nazirliyinin və Y.Kolas ev-muzeyinin Fəxri diplomu təqdim olunub.

Xudaferin.eu

 

19:10