Minsk Qrupu yeni tərkibdə: Qarabağ üçün kimlər “vuruşacaq”?

 

“Gələn il ATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyi tamam olacaq.Bununla əlaqədar, Minsk Qrupunun tərkibinə yenidən baxıla bilər”. Bunu ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Milli Məclisdə təmsil olunan partiya rəhbərləri ilə görüşdə səsləndirib. K.Vigenin Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razı olmamasını başa düşdüyünü deyib: “Çünki münaqişənin həllində faktiki heç bir irəliləyiş yoxdur. Gələn il ATƏT-in Minsk Qrupunun yaradılmasının 25 illiyi tamam olacaq.

Bununla əlaqədar, Minsk Qrupunun tərkibinə yenidən baxıla bilər.Problemi yalnız atəşkəsin pozulması zamanı yox, daim diqqət mərkəzində saxlamaq lazımdır.Mən öz tərəfimdən münaqişənin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm.Lakin bununla kifayətlənmək olmaz.Yalnız ATƏT-in Minsk Qrupunun üzvləri deyil, digər ölkələr də münaqişənin həllinə öz töhfələrini verməlidirlər.Biz özümüz də parlament üzvləri olaraq, müəyyən təşəbbüslər, təkliflər irəli sürməliyik.Bu təşəbbüslərdən biri kimi, səfərim zamanı Zəngilandan olan məcburi köçkünlərlə görüşdüm”.

Dəyişiklik nə vəd edir?

 

Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə 24 illik fəaliyyəti tamamilə bir fiaskodur.Keçən bu uzun illər ərzində bu “ağır yük” yerindən bir addım da tərpənməyib.Üstəgəl, işğalçı və işğal olunan arasında heç bir fərq qoymayan həmsədrlik missiyasi heç bir mərhələdə münaqişəyə konkret nəticə verəcəl yekdil həll planı ortaya qoymayıb.Həmsədrlərin (Fransa, ABŞ və Rusiya) verdiyi təkliflər həmişə ya Ermənistan, ya da Azərbaycan tərəfindən rədd edilib.Görünən budur ki, həmsədrlər ya bilərəkdən prosesi uzadırlar, ya da mövcud status-kvo maraqlarına uyğundur.Ümumilikdə isə Minsk Qrupu münaqişə tərəflərini eyni dildən danışdıracaq dil tapmaqda bacarıqsız kimi görünür.Lakin ekspertlər tərkibin dəyişdiriləcəyi halda da bunun münaqişənin həll prosesinə təkan verəcəyi barədə pessimistdirlər.Hesab olunur ki, hazırkı situyasiya Minsk Qrupunda təmsil olunan dövlətlər münaqişənin həllində obyektiv mövqe tutmadıqlarına görə, həll prosesi uzanır.Ekspertlərə görə, hazırkı formatda yalnız balans tarazlaşacağı halda münaqişədə irəliləyiş mümkündür.Bu baxımdan İsrail, yaxud, Türkiyənin həmsədrlik missiyasına daxil edilməsi təklif olunur.Münaqişəyə münasibətdə obyektiv mövqe tutması ilə seçilən İsveç və Almaniya da təklif olunan variantlar arasındadır.

Cebhe.info

09:41