Mingəçevirdə internat məktəbində əzab çəkən köçkün ailəsinin ürəkdağlayan fəryadı -
“Qaçqınkom”un Mingəçevir şəhərindəki nümayəndəliyi tərəfindən üzləşdikləri haqsızlığa dözməyən şikayətçinin anası infarkt keçirərək vəfat edib. Təhsil Nazirliyinin “Mingəçevir şəhər inteqrasiya təlimli internat tipli gimnaziyası”nda artıq 20 ildir unudulan Laçın rayonunun Çorman kəndindən məcburi köçkün Gülmalıyevlər ailəsinin problemini ötən saylarımızda dərc etmişdik. Yazıda Gülmalıyev Novruz Əvəz oğlu “Qaçqınkom”un Mingəçevir şəhərindəki nümayəndəliyinin onlara qarşı etdiyi saxtakarlığa görə ölkə başçısından kömək istəmişdi.
Şikayətçi, eyni zamanda, yaşadığı şəraitlə bizi tanış etmək üçün Mingəçevir şəhərinə dəvət etdi. Biz Novruz Gülmalıyevin yaşadığı internat məktəbində olduq. Şikayətçi bildirdi ki, bu internat məktəbində bir vaxtlar xalq artistimiz Arif Quliyev də təhsil alıb. İndi də məktəbdə dərs keçirilir və yataqxanasında şagirdlər qalır. Torpaqlarımızın işğalı zamanı bir çox rayonlarımız kimi, Mingəçevir şəhərinə də elindən-obasından didərgin düşən soydaşlarımız pənah gətirib. Gülmalıyevlər ailəsi də Laçının işğalından sonra adı çəkilən internat məktəbində müvəqqəti yaşamağa başlayıblar, əgər buna yaşamaq deyilərsə. Həmin vaxt Novruz Gülmalıyevgil qardaşları və bacısının ailəsi daxil olmaqla beş ailə bu məktəbdə müvvəqqəti yerləşdiriliblər. 2015-ci ildə Mingəçevir şəhərində məcburi köçkünlərə tikilən şəhərcikdə ev paylanılıb. Mənzil paylanarkən Novruz Gülmalıyevin qardaşı Camal Gülmalıyeva 6 nəfər ailə üzvü olduğu üçün 3 otaqlı, digər qardaşı Gülmalıyev Allahverdiyə 3 nəfər ailə üzvü olduğu üçün 2 otaqlı və bacısı Allahverdiyeva Zibər Əvəz qızına 4 nəfər ailə üzvü olduğu üçün 3 otaqlı mənzil verilib. Kənarda qalan Novruz Gülmalıyevin ailəsi və digər qardaşı Abbas Gülmalıyevə isə mənzil verilməyib. “Qaçqınkom”un Mingəçevir şəhərindəki məsləhətçisi Hüseyn Yusifov istəyib ki, ailəni bir təsərrüfat kimi qeydiyyata alıb onlara üç otaqlı mənzil versin, bu isə Gülmalıyevlər ailəsini qane etməyib. Beləliklə, məktəbdə olan bütün ailələr və Mingəçevir şəhərindəki yarımçıq bağça adlanan binadan köçkün ailələri həmin şəhərciyə köçürülüb. N.Gülmalıyev bildirir ki, onlar qardaşı ilə ayrı təsərrüfatdırlar. Evin kommunal xidmətləri də ayrı-ayrı hər kəsin öz adınadır. Lakin «Qaçqınkom»un Mingəçevir nümayəndəliyi bunu qəbul etmək istəmir.
Artıq 20 ildir ki, nəm, soyuq otaqlarda yaşayan iki qardaşın ailəsinin müraciət etmədikləri qurum qalmayıb. Göndərilən məktublara tədbir görülməsi üçün “Qaçqınkom”a yönləndirildiyi üçün hər şey ört-basdır edilir. Bu saxtakarılığı edənlər isə şikayətçinin bildirdiyinə görə, “Qaçqınkom”un Mingəçevir şəhərindəki məsləhətçisi Hüseyn Yusifov, Bakıda «Qaçqınkom»un departament direktoru Elman İsmayılov, Mingəçevir şəhər İcra Hakimiyyətində şöbə müdiri Rəsul Paşayev və Laçın rayon İcra Hakimyyətinin nümayəndəsi Şakir Fərzəliyevdir. Mingəçevir şəhərinin icra başçısı Niyazi Bayramov isə şikayətçiləri qəbul etmir.
Novruz Gülmalıyev iddia edir ki, onlara verilməli olan mənzillər rüşvət müqabilində başqa şəxslərə satılıb. Köçürülən ailələr arasında pulla mənzil alanlar və Mingəçevir şəhərində məcburi köçkün kimi yaşamayan digər rayonlardan olan ailələr var ki, öz tanışlarının hesabına bu mənzillərə yerləşdiriliblər. Təbii ki, bu da araşdırma tələb edir. Araşdırma aparılarsa, kimin haqlı və haqsız olduğu ortaya çıxacaq. Gülmalıyevlər ailəsinin yaşadığı məktəbdə mavi qaz yoxdur. Ailə qızınmaq üçün odun sobasından istifadə edir. Bir də elektrik enerjisi ilə çalışan sobalar yandırır. Bu isə heç bir yerdə işləməyən sakinlər üçün maddi cəhətdən problem yaradır. Ailə hər ay 20 manat çörək pulu və kommunal xidmət üçün 16 manat yardım alır. Üzləşdikləri bu haqsızlığa dözməyən şikayətçinin anası Gülmalıyeva Firuzə Cümşüd qızı infarkt keçirərək vəfat edib.
Əli hər yerdən üzülən ailənin bircə ümid yeri indi mətbuat orqanlarıdır. Ailə mətbuat vasitəsilə ölkə başçısı İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyir. Novruz Gülmalıyev deyir ki, «əgər bizə qarşı haqsızlıqdan ölkə başçısı xəbərdar olsa, tədbir görüləcək, çünki yazdığım məktublar ölkə başçısına çatdırılmır».
Novruz Gülmalıyev yazdığı şikayət məktublarına görə dəfələrlə adı çəkilən şəxslər tərəfindən təzyiqlərə, hədə-qorxulara məruz qaldığını deyir.

Vasif Əlihüseyn
09:46
Digər xəbərlər