Rusiya “Azərbaycanlı Milyaderlər İttifaqı”nı aktivləşdirmək üçün hərəkətə keçib. Bir sıra mənbələrin yaydıqları məlumata görə, qurumun aktiv fazaya keçirilməsi məsələsi Rusiyanın yüksək siyasi dairələrində müzakirəyə çıxarılıb. Kremlin arxivə əl atmasına gəlincə, mənbələr bunu Azərbaycan daxilində və ətrafında yaranmış həssas siyasi situasiya ilə əlaqələndirirlər. RATİ-nin Koordinasiya Şurasının üzvü, Dağıstan Respublikasının başçısı Ramazan Abdullatipovun noyabrın 3-də Bakı səfəri də ciddi mətləblərdən xəbər verir. Azərbaycanda olarkən, R.Abdullatipov Azərbaycanın zəngin iş adamlarına səsləndi və onları Dağıstana investisiya yatırmağa çağırdı. Çağırışdan yaranan ehtimal budur ki, Kreml səviyyəsində tapşırıq alan Abdulatipov Azərbaycanın zəngin və nüfuzlu iş adamları, sahibkarlar və siyasətdə olan oliqarxları RATİ-nin ətrafına yığmaq işinə start verib.
Moskvada gizli görüş
Milyarderlər İttifaqı 2013-cü ildə Rusiyada Azərbaycanda keçirilən prezident seçkilərinə qarşı yaradılıb. Azərbaycanın keçmiş baş nazirinin müavini Abbas Abbasovun başçılığı ilə qurulmuş təşkilat Azərbaycan hakimiyyətinə çətin anlar yaşada bildi. Lakin Rusiya prezidenti Vladimir Putinin Bakı səfərindən sonra ittifaq passiv fazaya çəkildi. Hər halda həmin vaxt qurumun fəaliyyətinin dayandırılması üçün tərəflər arasında gizli anlaşmanın əldə olunduğu da müzakirə mövzusu idi.
Milli Şuranın keçmiş sədri Rüstəm İbrahimbəyov və Rusiyada fəaliyyət göstərən zəngin azərbaycanlı iş adamları (başda Abbas Abbasov olmaqla və s.) hələ də bu qurumun üzvüdürlər. “Cümhuriyət”ə daxil olan məlumata görə, Moskvada bir araya gələn milyaderlər Kremldən verilən tapşırıq və ittifaqın fəaliyyətini bərpa etmək göstərişini müzakirə ediblər. Tərəflər arasında yekun anlaşmanın əldə olunduğu da iddia olunan məsələdir. Ehtimal olunur ki, Milyarderlər İttifaqı Milli Şura layihəni yenidən nəzərdən keçirəcək və birlik yeni formatda təsis olunacaq. Adı açıqlanmasa da RATİ-nin Milli Şura rəhbərliyinə yeni adı da məlumdur. Onun müxalifətin nüfuzlu simalarından biri olduğu bildirilir. Həmin şəxslə telefon əlaqəsi saxlayan milyarderlər yaxın vaxtlarda təsisat işləri üçün lazım olan maliyyəni Bakıya göndərəcəkləri vədini də veriblər. RATİ-nin şuranın yeni sədri qarşısında qoyduqları əsas vəzifə müxalifət partiyalarını birlik daxilinə yığmaqla bağlıdır. Kremldən aldığı tapşırıq üzərindən hərəkətə keçən namizədin bir sıra partiyalarla artıq müzakirələrə başladığı da bildirilir.
2013-cü ildə RATİ Azərbaycan hakimiyyəti ilə münasibətləri pozulmuş və müxalif düşərgəyə keçmiş Rüstəm İbrahimbəyov vasitəsilə Azərbaycana uzandı. Milli Şuranı yaratdılar. Müsavat, ACP, ALP, KXCP və digər partiyalar Milli Şuranın RATİ-nin - Rusiyanın planı olduğunu bildikdən sonra qurumdan çıxdılar. Lakin Milli Şura məhdud formada olsa da fəaliyyətini davam etdirir. RATİ də varlığını əvvəlki formada saxlayır və maddi imkanları genişdir. Milli Şurada ittifaqın kifayət qədər adamı var.
2013-cü ilin “siyasi zəlzələsi” təkrarlanır?
İstənilən an Milyarderlər İttifaqı Milli Şuranın timsalında Azərbaycanda boy göstərə bilər. Bunun üçün əlverişli situasiya da var. Azərbaycanda iqtisadi böhran siyasi böhrana keçsə, Hillari Klinton ABŞ prezidenti seçildikdən sonra Ağ Ev və Qərb dövlətləri insan haqları və demokratiya məsələlərində rəsmi Bakıya təzyiqləri yenidən artırsalar, Rusiya RATİ-ni aktivləşdirməyə məcbur olacaq. Hazırda Avropa İttifaqı ilə assosasiya sazişi imzalamağa hazırlaşan Moldovada (Kişinyov) bu proses başlayıb. Növbəti hədəf Azərbaycan ola bilər və “Maydan” Hərəkatı ölkəmizdə təkrarlanması xarici siyasi qüvvələr baxımından zərurətə çevrilir. Hökumət və müxalifət daxilində də Rusiyaya meylli “5-ci kolon”un aktiv fəaliyyətinin də olduğunu nəzərə alsaq, Azərbaycanda 2013-cü ildəki “siyasi zəlzələ” yenidən təkrarlana bilər.
100, 200 minlik stabil elektorat
Narazı elektorat və vətəndaşlar işsiz qalanda hökumətə qarşı güclənir. Hazırda Azərbaycanda işsiz ordusu var. Bu da ölkəni poliqona çevirmək üçün əlverişli fürsət yaradır. Milyarderlər İttifaqı istəsə, bir neçə milyon manata 100, 200 minlik stabil elektorat formalaşdıra bilər. Bunun üçün maddi imkanları genişdir. Təsadüfi deyil ki, qurum elə milyarder iş adamlarından ibarətdir. Müxalifəti güclənsə və təşkilatlansa, yaxşıdır. Amma kimin əlində? Rusiyanın əlində olacaqsa, bu bizim üçün yaxşı heç nə vəd etməyəcək. Proses demokratik islahatlara doğru inkişaf etməyəcək, 2013-cü ildə keçirilən prezident seçkisi və sonrasında bunun şahidi olduq. Hakimiyyətin müxalif düşərgəyə basqısını nəzərə alsaq, demokratik düşərgəni təmsil edən bir sıra siyasi partiyalar çıxış yolu kimi RATİ-dən gələcək istənilən təklifi nəzərdən keçirə bilərlər.
Bakı və Moskva arasında narazılıq
Azərbaycan hakimiyyəti və Rusiya arasındakı Dağlıq Qarabağ anlaşılmazlığı da Milyarderlər İttifaqının yenidən işə salınmasını labüd edə bilər. Məlumdur ki, il ərzində rəsmi Bakı Kremlin Qarabağla bağlı iki - “Lavrov” və “Putin” planlarına yaxın durmadı. Hər iki planın mahiyyəti bu idi ki, Rusiyanın regional layihələrinin iştirak etdiyi ətraf rayonlar Azərbaycana qaytarılır, Dağlıq Qarabağın statusu məsələsi isə Bakıya təzyiq vasitəsi kimi dondurulmuş halda saxlanılır. Azərbaycan hakimiyyəti planların heç birinə yaxın durmadı və bu, Kremli qıcıqlandırır. Üstəgəl, ABŞ və Avropada Azərbaycan hakimiyyətinə qarşı gündəmə çıxarılmış sanksiya məsələsi də gündəlikdən çıxarılıb. Kreml Azərbaycan və Qərb arasında hansısa anlaşmanın olmasından narahatdır. Paralel olaraq, Qərbdə Dağlıq Qarabağ münaqişəsinə dəyişən baxış bucağı var. ABŞ və Almaniya kimi güc dövlətlərindən son zamanlarda Ermənistan işğalçı adlandırılır, Dağlıq Qarabağın Azərbaycana qaytarılması tələb olunur. Amerikalı həmsdər Ceymus Uorlikin son bəyanatlarından birində bu detal özünü dolayı yolla tapdı. Buna görə, Rusiya regiondakı varlığını qorumaq üçün alternativ variantlara əl atmağı düşünəcək, bu baxımdan RATİ-nin fəallaşdırılmasına baxışın keçirilməsi istisna deyil.
“Milyarderlər İttifaqı” yenidən xortladı

Əfqan
(Cebhe.info)
11:34
Digər xəbərlər