Milli şair Molla Pənah Vaqifin 300 illiyi qeyd olunacaq

Azərbaycan prezidenti yanvarın 12-də Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb. Sərəncamda vurğulanır ki, 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.

Qeyd edək ki, yazılı ədəbiyyatımızda XVIII yüzillikdə ilk dəfə olaraq, ana dilində, yəni Türk dilində ədəbi proseslərin yenidən canlanmasının ünlü simalarından biri də böyük şair Molla Pənah Vaqif olmuşdur. O, Qazax rayonunun Salahlı kəndində anadan olmuş və sonradan ömrünün sonuna kimi Qarabağ xanı İbrahim Xanın baş vəziri vəzifəsində çalışmışdır. Molla Pəənah Vaqifin ana dilində böyük ədəbi əsərlər yamazsı həm də milli ədəbiyyatımızın inkişafına böyük təkan vermişdir.

Xudaferin.eu

15:26