Milli Məclisin sədri Türkiyəyə rəsmi səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti dekabrın 17-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfərə gedib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın səfər çərçivəsində bir sıra görüşləri və tədbirlərdə iştirakı nəzərdə tutulub.

Xudaferin.eu

16:47