Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər

Milli Məclisin deputatları Şahin İsmayılov və Kamran Bayramov BMT-nin “Multilateralizmə qarşı problemlərə parlamentlərin cavabı” mövzusunda parlament dinləmələrində iştirak etmək üçün fevralın 19-da ABŞ-ın Nyu-York şəhərinə səfər edəcəklər.

Bu barədə AZƏRTAC-a parlamentin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda beynəlxalq birliyin və milli hökumətlərin iqlim dəyişikliyi, məcburi köçkünlərin və qaçqınların dayanıqlı inkişafı kimi qlobal problemlərlə mübarizəsi, gender bərabərliyi, münaqişələrin həlli yolları və sülhün dəstəklənməsi, habelə BMT-nin maliyyələşdirilməsi, təşkilatın Baş Assambleyasının fəallığının artırılması və digər məsələlər müzakirə olunacaq.

Səfər fevralın 25-də başa çatacaq.

AZƏRTAC

22:05