Milli Məclisin deputatı Azərbaycan-Rusiya Ekspert Şurasının iclasında iştirak edəcək

Milli Məclisin deputatı Nizami Səfərov Azərbaycan-Rusiya Ekspert Şurasının ikinci iclasında iştirak etmək üçün noyabrın 15-dən 18-dək Rusiya Federasiyasının Moskva şəhərində səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Rusiya Beynəlxalq Əlaqələr Şurasının və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək iclasda ikitərəfli münasibətlərin aktual məsələləri, regionun postmünaqişə dövründə inkişafı və ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Xudaferin.eu

14:42