29 oktyabr 2025-ci il — müasir Türk tarixinin ən şərəfli günlərindən biridir.
Bu gün Türkiyə Respublikasının yaranmasının 102 illiyi qeyd olunur.
29 Oktyabr 1923-cü il tarixində Türkiyə Böyük Millət Məclisi Cümhuriyyətin elan edildiyini bəyan edərək ; yeni Türk dövlətinin əsasını qoydu.
Bu hadisə təkcə bir siyasi akt deyildi — bu qərar Türk millətinin əsarətə, işğala və imperialist qüvvələr üzərindəı milli qələbəsi idi.
Birinci Dünya müharibəsindən sonra Osmanlı İmperiyasının parçalanması --- Türk xalqını ağır sınaqlarla üz-üzə qoymuşdu.
Bu sınaqlar dövründə Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi milli azadlıq mübarizəsi -- xalqın gücünü, milli ruhunu və gələcəyə inamını özünə qaytardı.
1923-cü ildə milli qüvvələrin qələbəsi ilə nəticələnən bu mübarizə nəticəsində Türkiyə Cümhuriyyəti quruldu.
İki il sonra 29 oktyabr 1925-ci il tarixində rəsmi şəkildə Cümhuriyyət Bayramı elan edildi.
O zamandan başlayaraq 29 Oktyabr Türk dünyasının ən əziz bayramlarından biri kimi qeyd olunur.
1923-cü ildən etibarən Türkiyə dövlət idarəçiliyində parlament üsul-idarəsini qəbul etdi.
2018-ci ildən isə ölkə prezident idarəetmə sisteminə keçdi.
Türkiyənin ilk Prezidenti Mustafa Kamal Atatürk (1923–1938) olmuşdur.
Hazırda isə ölkəyə Rəcəb Tayyib Ərdoğan rəhbərlik edir. Onun lideri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) 2002-ci ildən etibarən siyasi hakimiyyətdədir.
Pəcəb Təyyib Ərdoğanın rəhbərliyi dövründə Türkiyə -- iqtisadi, hərbi və diplomatik sahələrdə böyük yüksəlişə nail olub.
Bu gün Türkiyə NATO-nun və bir çox beynəlxalq təşkilatların fəal üzvü, qlobal miqyasda söz sahibi olan güclü dövlətlərdən biridir.
Türkiyə Respublikası -- Türk Dövlətləri Təşkilatı (TDT) daxilində Türk birliyinin möhkəmlənməsi, inteqrasiyanın dərinləşməsi istiqamətində mühüm rol oynayır.
Türkiyə Cümhuriyyətinin 102 illiyi təkcə Türkiyə vətəndaşlarının deyil ; bütün Türk dünyasının bayramıdır.
Bu möhtəşəm dövlətin əldə etdiyi nailiyyətlər, onun dünya siyasətində artan nüfuzu və Türk birliyinə verdiyi töhfələr -- Azərbaycan xalqı üçün də böyük qürur mənbəyidir.
Türkiyə xalqını bu əziz bayram münasibətilə səmimi qəlbdən təbrik edir ; qüdrətli Cümhuriyyətə sülh, rifah və daha böyük uğurlar arzulayırıq.
Dünyada söz sahibi olan güclü Türkiyənin Azərbaycanla çiyin-çiyinə Turan zirvəsinə doğru yüksəlişi ; bütün Türk dünyasında olduğu kimi bizim də qəlbimizi fərəhlə doldurur.
102 il əvvəl Atatürkün “Hakimiyyət, qeyd-şərtsiz millətindir!” kəlamı ilə əsası qoyulan Cümhuriyyət ; bu gün öz möhkəm dayaqları, milli ruhu və qlobal nüfuzu ilə yaşayır.
Türkiyə Respublikasının hər bir uğuru, hər bir tərəqqisi, hər bir qələbəsi bizim üçün də doğmadır.
Türkiyənin sevinci – Azərbaycanın sevincidir !
MİLLİ İRADƏNİN VƏ QARDAŞLIĞIN RƏMZİ.....

Müəllif : Qəvami Sadıqbəyli.
Xudaferin.eu
16:17