Milli Hərərkatin totalitar zehniyətlərə baxışı

Siyasət biliminə görə totalitarizmi bir çox təcrübə olunmuş, faşizm, nasizm, leninizm, keçmişdə İrandakı pəhləvilər səltənəti və günümüzdəki İran İslam Cumhuriyəti və s. kimi sistemlərin içində tərif etmək mümkündür.  Totalitar sistemlərdə əsas sayılan, hakim ideologiya və bu ideologiyani təmsil edən siyasi partiya  və xarizmatik liderdir. İqtisadiyyat  və media dövlətin inhisarında olur. Toplumun icində gorxu psixologiyası yaradan, güçlü bir polis rejimi hakimdir. Hakim ideologiya və ona öndərlik edən şəxs, özəl qudsalıq daşımaqdadır. və hər hansı bir ələşdirinin bədəli də çox ağırdir. bu nədəndən dolayı, totalitar rejimlərin siyasi məhbusları və mühacirətə üz tutanları hər zaman olubdur. Bu rejimlərdə fərdlərin özgürlükləri dövlət tərəfindən qısıdlanir və toplum dövlətin dəyişik orqanlari tərəfindən, hakim ideologiyanın cıxarlarının istiqamətində yönləndirməyə calışılır. Dolayısıyla bu rejimlər siyasi iqtidarlığını sürdürmək üçün  toplum mühəndisliyini ideoloji baxışlar üzərindən dizayn edirllər.

Qəddar Pəhləvilər sülaləsinin çağında fars şovinist zehniyyəti başda olmaq üzrə, əsas ideologiya bu sloqanla özunü tərif edirdi. Tanrı, kral, vətən (şah, xoda, mihan). Beləliklə Tanrıdan sonra ən qutsal varlıq kral və sonar da Guney Azərbaycan, Turkmənistan, Bəlucstan, Ələhvaz topraqlarının işğalı nədəni olaraq yaranan və bu gün İran adlanan ölkə bir vətən anlayışıyla tanımlanırdı.
1979 devrimindən sonra, mahiyyət  etibari ilə sadəcə kralliq rejimi yerini “vilayəte-fəqih”ə verdi. “Vəliye-fəqih” Tanrının yer üzündə naibi kimi təqdim olunmağa başladı. Beləliklə də onunla muxalif olmaq, həm də Tanrıyla muxalif anlamına gətirildi. Hakim ideoloiyanın şəriət qanunlarına əsasən, “müharib” adlanaraq ölüm çəzasının verilməsinə başlanıldı. İran adlanan ölkədə baş verən devrimlə bağlı təbii ki çox yazıb və danışmaq olar. Ancaq bir sıra məsələlərə özəlliklə toxunmaq gərəkdir. 1979 devriminin nəzəriyyəçiləri totalitar kraliyyət rejimində yetişən və sözdə özlərini məmləkətin aydınları adlanırdılar. Onlar hər yerdə özlərini həmin totalitar rejimin fikirlərindən təmizləməyə çalışırmış kimi göstərirdilər. Anacaq, təəssüflər olsun ki, qatı və ifrat fars şovinizminə söykəmli olan düşüncənin, baxışların və ideoloji təməllərin buxovundan azad ola bilməmişdilər. Bu aydınların öndə gedənlərindən haqqında incələmələr aparsaq, devrimin müəllimi kimi təbliğ olunan liderlərdən biri də doktor Əli Şəriəti idi. Şəriəti Batı Dünyasının demokratik və demokratiyadan yaranan dəyərləri bir irticaçı baxışla sadəcə cinsəl düşüncə və anlamda təhlil edirdi. Toplumun fikirlərini və rəyini bir “əflatuni” baxışla önəmsiz görürdü. və beləliklə bilərəkdən, yaxud bilməyərəkdən “Xomeynizm”in, “Xalq Mucahidləri”nin, “Fürqani”nin, “Milli Məzhəçilər”in və s. kimi irticaçı və inhisarçı fikirlərin yaranmasına yardimçı oldu.
Iran adlanan siyasi coğrafiyada, totalitar rejimlərin olması və bu rejimlərin mərkəzində “fars şovinizmi “hegemoniyası”nın yer alması bu məntiqlə istibdadın olduğu yerdə dirənişlər də təbii olaraq yaranacaqdır. Hər bir hegemonluğun oldugu yerdə qarşı tərəfin hegemonluğa qarşı ictimai düşüncənin gündəmə gəlməsi də doğal qarşılanmalıdır.  Guney Azerbaycanda müstəsna olmayaraq, ötən yüzil istibdada və fars şovinizminin istismarina qarşı kütləvi etiraz hərəkatları və mücadilələrə şahid olmuşdur. Bütün bunlara baxmayaraq, keçmişi doğru və yanlışlarıyla bilimsəl şəkildə dəyərləndirmək, gələcək üçün hər zaman özəl önəm daşıması məsələləri gündəmə gətirilməmişdir. 
Biz bu yazıda keçmiş siyasi və sosial anlamlarda bunun patologiyasına toxunmadan, yeni ictimai durumumuz və eləcə də mərhum pr. Mühəmməd Taği Zehtabinin öndərliyilə yaranan “Guney Azərbaycan Milli Azadlıq Hərəkatı”nın, günümüzdəki gedişatından kicik bir tablo çizməyə çalışacağıq.
Sosioloji olaraq insan çevrə şərtləri və eyitim məhsulu kimi tanimlanır. Bu baxımdan  yola çıxaraq biz (Guney Azərbaycanda Turk Milləti) durumumuzu dəyərləndirdikdə çox üzücü bir tablo ortaya çıxır. Zira, bizim eyitim sistemimiz işğalcı, irqçi və totalirar rejimlərin çıxarları və varolmaları üzərində dizayn olublar. Həm “pəhləvi donəmi”ndə və həm də “islam cumhuriyəti”ndə. Eyitim və tərbiyə sadəcə “mütləqiyyəti” əks etdirən və nisbiyəti bir batil təfəkkür kimi göstərən mexanizmilərdən ibarət olublar. Sonuçda isə, ən doğru məntiq özunü şiddət, cəhalət və diktatorluqda göstəribdir. Totalitar və irticacı rejimlərin bizə verdiyi eyitim sonuçunda biz şəhərlərdə hər kəsin gözü önündə dar ağacına çəkilən insanların tamaşasına getmişik. Hətta belə bir qeyri-insani davranışı  alqışlamışıq. Biz eynilə hakim rejimin bu şiddətini uyğulamağı, hətta öz ailələrimizin icində ən uyğun davranış bilmişik. Hər zaman cəhalətin əkiz qardaş olduqlarını bilmək istəməmişik. Qadinlarımızı (ana, bacı və eşlərimizi) ağıldan naqis, yarımadamlar kimi dəyərləndirmişik. Və eləcə də sosial sorunlarımızı ölülərə başvuruyla (nəzir deməklə) çozməyə çalışmışıq. Bir sıra bunlara bənzər fikirlər və davranışlar özlüyündə geniş çevrəli bir araşdırma tələb edir.
Siyasət arenasında isə, sözdə aydınlar və siyasi örgütlər var ki, sərgilədikləri fikirlər və apardıqları siyasi fəaliyətlərdə totalitarizmin etkilərini çılpaqlığı ilə əks etdirillər. Hələ də bizim içimizdə eleə insanlar var ki, totalitar rejimlərin bizim beyinlərimizdə yaratdıqları vətən anlayışından qurtara bilmirlər. İran adlanan həbsxanada fars şovinizminin dərin siyasi və ideoloji düzəninin hakimiyəti altında ikinci dərəcəli vətəndaş kimi yaşamağı  (dolayısıyla köləliyi) çox doğal görürlər. Fars dili İranin rəsmi dilidir deyə, müsabiqələr aparırlar. “Guney Azərbaycan Milli Azadlıq Hərəkatı”nın strategiyasini təhrif edərək, İran sərhədləri içində hər şeyi anlamsız bir şəkildə tərifləməkdən belə qaçmırlar.  Azərbaycan mərkəzli etiraz hərəkatları “İran mərkəzli hərəkatlar” adına təqdim edirlər.  Hətta fars hegemonyasını qəbul etməyən fikirləri aşağılamaqdan çəkinmirlər də.
Bununla belə, Milli Hərəkatın demokratik və çağdaş mahiyyətinə qarşı olan mütləqiyyət simvolları mövcuddur. Ounlar yalnışlıq etməzlər. Yanlış tutum sərgiləməzlər. Daha doğrusu mükəmməldirlər. Bunları ələşdirmək olmaz. Zira, qüsursuzdurlar. Və hər kəs belə bir xəta edərsə, ən ağır şantaj və təxribatlara hazır olmalıdir. Həmin bu zehniyyətin alt yapısını klassik anlamda xarizmatik və mütləq iradəyə sahib olan liderlik düşüncəsi təşkil edir. Bir lider ki, “fəslul xitab”dır (son söz sahibi), hər kəs onun əmrlərinə və mütləq iradəsinə (əmr və fərman padişahındır) itaət etmək zorundadır. Dolayısı ilə bu zehniyyət mənsubları totalitar rejimlərin etkisindən qurtula bilmədikləri üçün demokratiyanı və cağdaşlığı mənimsəyə bilmillər. Ən maraqlısı irticaçi fikirlərini praqmatizm fəlsəfəsiylə reklam edillər. Nəticədə, totalitar zehniyyətlərdən arına bilməyən fikirlər Milli Hərəkatın icində yer ala bilməyəcəklər. Zira, “Guney Azərbaycan Milli Azadlıq Hərəkatı” çağdaş və demokratik mahiyyətiylə, vətənimiz Guney Azərbaycanın bağımsızlığı, ulu millətimizin rifah və səadətini bərpa etmək yönündə addım atararq keçmişdə də sübut etdiyi kimi bütün təkəlci və irticaçi fikirləri özündən dışlıyacaqdır.

Elnur Mərəndli

14:11