Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Həbib Sasanian bir ildən çoxdur Tərbizdəki İran mollakratiya rejiminin mərkəzi cəzaevində qeyri-müəyyən vəziyyətdə saxlanılır. O, özünə qarşı irəli sürülən bütün saxta ittihamlara etiraz edərək aclıq aksiyasına başlayıb.
ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Nazirliyi tərəfindən irəli sürülən ittihamların yalan olduğuna, həmçinin uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlandığına etiraz edən milli-mədəni fəal aclıq aksiyasının 3-cü günündədir. Həbib Sasanian artıq 13-cü aydır ki, müvəqqəti olaraq həbsxanada saxlanılır, məhkəmə onun dosyesi ilə bağlı heç bir konkret qərar qəbul etməyib. Milli fəal iyunun 12-də Tərbizin mərkəzi zindanından ailəsi ilə telefon əlaqəsi saxlayaraq aclıq aksiyasına başladığını bildirib. Milli fəal həmçinin qanunsuz saxlandığına etiraz olaraq aprelin 3-də aclıq aksiyasına başlamışdı. O, məhkəmə və cəzaevinin rəhbərliyi tərəfindən onun tələblərini təmin edəcəyi ilə bağlı vəd verdikdən sonra aclığa son qoymuşdu.
Mayın 31-də Tərbiz məhkəməsinin 3-cü şöbəsində mollakratiya rejiminin hakimi Bairpurun sədrliyi ilə Güney Azərbaycan Milli Hərəkatının fəallarından 5-nin məhkəmə iclası keçirilmişdir. Həbib Sasanian mollakratiya rejiminin xüsusi cəza ordusu olan ETTELAAT-ın ona qarşı irəli sürdüyü yalan ittihamlar, məhkəmənin müstəqil olmaması və qaldırdığı vəsatətə baxılmamasına etiraz olaraq məhkəməyə müraciət etməkdən imtina etmişdir. O aprelin 18-də dosyesinin bəzi sənədlərinin yoxa çıxması səbəbindən məhkəmə iclasına qatılmaqdan imtina etmişdir.
Tərbizin İnqilab Məhkəməsi təhlükəsizlik qüvvələrinin prosesə müdaxiləsi nəticəsində azərbaycanlı fəalın müvəqqəti olaraq azadlığa buraxılmasının qarşısını almaq məqsədi ilə onun barəsində bir milyard tümənlik mülki vəsiqə qərarı çıxarıb, fəalın ailəsi ağır məbləğdə vəsiqəni təmin etmək imkanına malik deyil.
Həbib Sasanian 2016-cı il mayın 15-də daha 5 milli fəalla birlikdə Ərdəbildə saxlanılıb. Milli fəalın nədə ittiham olunduğu dəqiq olaraq məlum olmasa da, onun Azərbaycan-Ermənistan münaqişəsi və bu məsələ ilə bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğu deyilir.
Milli fəal yüksək qan təzyiqi və böyrək xəstəliyindən əziyyət çəkir, şəhər xəstəxanasında isə müalicə olunmasına icazə verilmir. Həbib Sasanian bundan öncə də Güney Azərbaycan Türklərinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Milli Həbib Sasanian aclıq aksiyasına başlayıb

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”
09:28
Digər xəbərlər