Milli fəal Siyamək Mirzayi cəzaevində aclıq etirazına başladı
Güney Azərbaycan Milli Hərəkatının fəalı Siyamək Mİrzayi düz 11 aydır İran mollakrat rejiminin Tehrandakı ən qorxulu “Evin” cəzaevində qanunsuz olaraq həbsdə saxlanılır. O, tutuqlu olaraq saxlanıldığı cəzaevinin başqanına məktub yazaraq aclıq etirazlarıını başladacağını açıqlayıb.
Siyamək Mirzayi öz açıq məktubunda boş və əsassiz ittihamlarıla qansuz tutuqlandığını və müvəqqəti azadlığa üçün apelliasiya məhkəməsinin onunla ilgili verdiyi qərarın Ettelat (ETTELAAT İran kəşfiyat nazirliyi) tərəfindən icrasının önü alınmasını və bu naməlum vəziyyətin davam etməsinə etiraz olaraq 2017 ci ilin iyun ayının 17-sindən aclıq eyləmi başladacağını yazıb.
36 yaşlı Siyamək Mirzayi,daha öncə Ettelat quldurlarının ailəsinə göstərilən təzyiq və təhdidlərinə toxunaraq apellyasiya məhkəməsinə də məktub yazıb və Tehran şəhər savcısından bu ədalətsizliyi durdulmasını istəmişdir.
Xatırladaq Ettellat qüvvələri Siyamək Mirzayini 2016 ci ilin iyulun 14-ü axşam çağı Muğan (Parsabad ) şəhərində öz mağazası içində vəhşicə döyərək tutuqlamışdır. Onu neçə gün Muğan (Parsabad) şəhərindəki Ettelata məxsus cəzaevlərində istintaq və işgəncələr verildikdən sonar Tehranın Evin zindanına aparılıb.
Güney Azərbaycanda Türk millətinin milli haqları uğrunda mübarizəsinə görə 10 aydan aşqındır Tehranın Evin zindanının 8-ci korpusunda tutsaq olan milli fəal Siyamək Mirzayi bəlirsiz və ağır vəziyyətdə yaşayır. İran mollakratiya rejiminin Tehran inqilab məhkəməsi mili fəal Siyamək Mirzayiyə qarşı qondarma ittihamlara əsasən ağır hökm oxuyub. Məhkəmənin hakmi Həsəni milli fəalla 10 il həbs və 2 il sürgün həyat hökümünü verib.
Siyamək Mirzayinin iddiası əsasında apellyasiya məhkəməsi 2017 ci ilin mayın 17-də keçirilməlidir. Ancaq məhkəmə prosesi Ettelatın təzyiqləri sonucu olaraq təxirə salınıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”
09:32
Digər xəbərlər