Milli fəal Məhəmməd Nəcəfi tutuqlandı.

 

Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmməd Nəcəfi həbs edilib. Qondarama ittihamlarıla milli fəala 6 ay həbs verən İran mollakrat-fars rejiminin məhkəməsi mayın 29 dan hökmü icrasına başlayıb. Məhəmməd Nəcəfi birbaşa Tərbizin mərkəzi zindanına aparılıb

Gsüney Azərbaycan Milli Hərəkatının fəalları Məhəmməd Nəcəfi 2015-ci il noyabrın 20-də Cahanbəxş Sultanzadə, Yavər Sultani,Cavad Sultani, Mehdi Şərifi, Hadi Hüseynnejad, Cəfərpur, Həsən Camali, Məcid Nağızadə, Məhəmməd Şirzadə və Mehdi Şirzadə ilə birlikdə Güney Azərbaycanın milli iftixarı “Traxtur” takımı ilə “Siyahcamegan” futbol takımlarının oyunu zamani tutuqlanıb və günlərlə ağır işgəncələrinə məruz qalıbdır. Bu olaydan sonra, dərhal bütünh insan haqları təşkilatları hərəkət keçmiş və futbol oynuna görə tutuqlananların hamısı həbsdən azad edilmişdilər. Ancaq, son günlər mollakrat-fars rejimi yenidən Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı qondarma ittihamlar irəli sürərək onları yenidən tutuqlamaq siyasətini rəsmiləşdirməyə başlayıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:11