Milli fəal Məhəmməd Nəcəfi 6 ay həbsdən sonra azadlığa buraxılıb

 

Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmməd Nəcəfi 6 ay həbsdən sonra Tərbizin Mərkəzi Zindanından azadlığa buraxılıb. Məhkəmə hökmünün icrası üçün mayın 29-da həbs edilən fəal noyabrın 16-da sərbəst buraxılıb.

Məhəmməd Nəcəfi 2015-ci il noyabrın 20-də Tərbizin Səhənd stadionunda “Traxtur” takımı ilə “Siyah cameqan”ın görüşü zamanı Yavər Sultani (Makı), Cavad Sultani (Makı), Cahanbəxş Sultanzadə (Makı), Mehdi Şərifi (Urmu), Hadi Hüseynzadə (Urmu), Cəfərpur (Urmu), Həsən Camali (Xoy), Məcid Nağızadə (Əhər), Məhəmməd Şirzad və Mehdi Şirzadla birlikdə saxlanılıb. Tutulan fəallar saxlandıqları müddətdə təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.

Məhəmməd Nəcəfi bir neçə gün saxlandıqdan sonra müvəqqəti olaraq zəmanətə buraxılıb. Milli fəal Tərbiz məhkəməsi tərəfindən bir il həbs cəzasına məhkum edilib, lakin sonralar Apelyasiya Məhkəməsi həbs cəzasını 6 aya endirib. O “səs-küy salmaq yolu ilə ümumi asayışı pozmaq” kimi qondarma ittihamla üzləşib. Sözügedən futbol yarışı zamanı təxminən 100 nəfər “Traxtur” tərəfdarının polis tərəfindən yaxalandığı bildirilir. Stadionda təxminən 15 min nəfər tamaşaçı qismində iştirak edib, onlar İran Teleradio Şirkətinin türkləri təhqir etməsinə etiraz olaraq şüarlar səsləndiriblər.

 

Xudaferin.eu

Güney Azərbaycan, "Tərbiz Bürosu"

 

10:43