Milli fəal İbrahim Nuri məhkəməyə çağrıldı

 

Güney Azərbaycan Milli Hərəkatının gənc milli fəallarından biri kimi tanınan İbrahim Nuri yenidən İran mollakratiya rejiminin məhkəməsinə çağrılıb. Dünən bu milli fəala Təbriz “İslam İnqilabı Məhkəməsi”ndən gələn çağrış bəlgəsinə görə o, aprel ayının 12-də rejimin məhkəməsində olmalıdır.

Qeyd edək ki, ötən il “Qüds günü”ndə Doğu Türküstan Türklərinə dəstək verdiyi üçün eyləm keçirmək istəyən milli fəal Əhər şəhərində İran mollakratiya rejiminin xüsusi cəza ordusu kimi tanınan “Ettelaat” tərəfindən tutuqlanmış və bir gün isə sonra məhkəmədə mühakimə edilmişdi. Məhkəmənin hakimi Fazilinin təyin etdiyi 100 milyon tümənlik cəza ödəmə qərarına etiraz edərək bundan imtina etdiyinə görə milli fəal tutuqlanmış və zindanda haqqlarının pozulmasına etiraz edərək 11 gün aclıq eyləmi keçirmiş və bu eyləmdən sonra azadlığa çıxmışdı.
Son zamanlar Güney Azərbaycanın bütün şəhər və qəsəbələrində Tehran rejiminin irəli sürdüyü antitürk siyasətinə qarşı güclənməkdə olan etirazların qarşısını almaq üçün bu dəfə yenidən milli fəallara qarşı tutuqlanma və cəza kəsmə kimi antihumanist siyasətləri gücləndirməyə başlamışdır. Bununla da Güney Azərbaycan Milli Hərəkatına rəğbət bəsləyən bütün insanları qorxutmaq taktikası ilə hərəkət edilməkdədir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

05:51