Məhsəti Mərkəzində beynəlxalq elmi-praktiki konfrans

 

Gəncə şəhər Məhsəti Mərkəzində “Gəncə Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı 2017” layihəsi çərçivəsində MDB-nin iştirakçısı olan dövlətlərin dövlət və milli kitabxanalarının nümayəndə heyətləriAzərbaycanda multikulturalizm: tarixi təcrübə və müasirlikvə “Mədəni irsin təbliği və qorumasında kreativ və innovativ layihələrdən istifadə” mövzularında çıxış ediblər.

 

Konfransı açıq elan edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva iştirakçıları salamlayaraq Azərbaycanın dahi şairi Məhsəti Gəncə Mərkəzində görməkdən məmnun olduğunu bildirib. Sevda Qurbanəliyeva qeyd edib ki, Gəncə son illərdə bir sıra beynəlxalq layihələrə ev sahibliyi etməklə bu layihələrin uğurla həyata keçirilməsində fərqlənib.

Belorus Milli Kitabxanasında İstifadəçi Xidmət və İdeoloji Direktorunun təmsilçisi Yelena Dolqopolova “Belorus Milli Kitabxanasının ölkənin mədəni irsinin qorunması üzrə fəaliyyəti: Belorus kitab çapının 500 illiyinə həsr olunmuş tədbirlər kompleksinin nümunəsi”, Belorus Milli Elmlər Akademiyasının Yaqub Kolas adına Mərkəzi Elmi Kitabxananın təmsilçisi Drozd Oksana “Akademik Kitabxana və onun mədəni irsin qorunmasında rolu”, Gəncə Dövlət Universitetinin dosenti Sevda Əliyeva “Mirzə Şəfi Vazeh yaradıcılığı və multikulturalizm”, 4 saylı orta məktəbin müəllimi Laura Haciyeva “Nizami yaradıcılığında multikulturalizm”, Qazaxıstan Milli Kitabxanasının Kitabxana İşləri üzrə direktor müavini Ospanova Bahıtcamal “Qazaxstan Milli Kitabxanasının ölkənin milli mədəni irsinin təbliğində rolu”, Qırğızıstanın Alığül Osmonov adına Milli Kitabxanasının təmsilçisi Baytakova Gülnarə “Multikulturalizm və Qırğızıstanın ictimai kitabxanaları”, M.Ş.Vazeh adına 16 saylı orta məktəbin müəllimi Nina Hüseynova “Xalqların mədəni dəyərlərin qorunmasında Nizami Gəncəvinin yaradıcılıq irsinin rolu”, ADAU-nun multikulturalizm və sosial elmlər kafedrasının müəllimi Fazilə Əliyeva “Xalqların qədim milli mədəniyyətinin qorunmasında yaradıcı və innovativ layihələrin rolu”, B.N.Yeltsin adına Prezident Kitabxanasının elmi-metodik xidmətinin rəhbəri Alekseyev Stanislav “Prezident kitabxanasının elektron fondunda sənədli abidələrin yeni həyatı”, Udmurtiya Milli Kitabxanasının direktoru Tensina Tatyana “Udmurtiya xalqlarının mədəni mətbuat irsinin tərcümə forması”, Miniatür Kitab Sevərlərin Moskva Klubunun üzvü Kostyuk Yaroslav “Rusiyada miniatür kitabxanasının tarixi”, V. İ. Lenin adına Ulyanovsk vilayətinin Elmi Kitabxanasının direktoru Naqatkina Svetlana “Ulyanovsk vilayətində “Qiraət zamanı” regional proqramı çərçivəsində qiraəti təşviq edən layihələr”, B.N.Yeltsin adına Prezident Kitabxanasının təmsilçisi Alekseyev Stanislav “Prezident kitabxanasının elektron fondunda sənədli abidələrin yeni həyatı”, Gəncə Mərkəzi Kitabxansının təmsilçisi Vüsalə Hüseynova “Gəncə şəhər uşaq kitabxanasının iş təcrübəsi nümunəsində uşaqlarla iş sahəsində innovasiya texnologiyalarının istifadəsi”, 1 saylı orta məktəbin müəllimi Ruhiyyə Əlizadə “İbtidai sinif şagirdlərində kitaba və mütaliəyə marağının aşılanması”, 14 saylı orta məktəbin 9-cu sinif şagirdi Səbinə Dəmirova “Kitabın həyatımızda rolu”, ATU-nun dillər kafedrasının  müəllimi Leyla Vəkilova “Azərbaycan xalqının zəngin mədəni irsinin qorunub saxlanılmasında kitabların rolu” mövzularında məruzə ilə çıxış ediblər.

Hicran Məmmədova
Gəncə

 

10:34