Məhsa Mehdili: “İranda Türk Fraksiyasının təsisi “azəri kimliyi” layihəsinin iflasa uğradığını təsdiq etdi”

“Fraksiyanı təbii ki, dəstəkləyəcəyik. Amma dəstəklədiyimiz qədər təqib edib və diqqətli olmalıyıq. Onu doğru analiz etməliyik,” deyə Məhsa Mehdili İran Parlamentində təsis edilmiş Türk Bölgələri Fraksiyasına türk fəalların münasibətini belə dəyərləndirmişdir. Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhsa Mehdili Türk Fraksiyasını dəstəkləyən və ona qarşı olan görüşləri belə şərh edib: “Tehran rejiminin öncələr iddia etdiyi kimi bu gün artıq “azəri” etnik kimliyini deyil, “Türk kimliyini əks etməsi çox önəmli bir uğurdur”.

Məhsa Mehdilinin sözlərinə görə, fraksiyanın təsis edilməsi İran İslam Respublikasının islahatçı və mühafizəkar qanadlarının Güney Azərbaycanda cavab vermədiyini göstərdi: “Fraksiyanın təsisi göstərdi ki, Tehran rejiminin iki qanadı olan islahatçı və muhafizəkar siyasəti Güney Azərbaycanın maraqlarına cavab vermir. Buna görə biz hər iki qanadın üzvlərini bu fraksiyanın tərkibində görürük.”
İndiki məqamda bu önəmli və müsbət addımdır. Amma bunun bir tərəfi də Milli Hərəkatı və istəklərimizi kontrol etmək və ona alternativ yaratmaq layihəsi ola bilər. Onun sözlərinə görə: “Hakimiyyət hiss etdi ki, Güney Azərbaycanda artıq böyük bir türklük hərəkatı var və bu sadəcə Güney Azərbaycanla ilgli məhdudlaşmır, başqa bölgələrə də öz təsirini göstərir. Bu hərəkatın təməllərindən biri də Türk kimliyini olduğu kimi qəbul etdirməyə çalışmaqdır. Rejimin iddiasının şərtləri çərçivəsindən çoxdan çıxıb. Elə bu baxımdan çox böyük və tarixi bir başarıdır. Baxdılar ki, Pəhləvi dönəmindən başlayan “azəri” kimliyini formalaşdırma siyasəti nəticə vermir...”
Türkiyədə mühacirətdə yaşayan milli fəal “Türk Bölgələri Fraksiyası”nı dəstəkləməklə bərabər onun fəaliyyətini diqqətlə izləyib və doğru analiz etməyin də gərəkli olduğunu vurğulayır: “Bu, ikiuclu bir bıçaq kimi də ola bilər. Önəmli və müsbət addımdır, amma bunun bir tərəfi də Milli Hərəkatı və bizim istəklərimizi kontrol etmək və ona alternativ yaratmaq layihəsi ola bilər. Onu təbii ki, dəstəkləyəcəyik. Amma dəstəklədiyimiz qədər bu layihəni təqib edib və diqqətli olmalıyıq. Onu doğru analiz etməliyik”.
Məhsa Mehdili “Türk Bölgələri Fraksiyası”na qarşı fəaliyyət göstərən panfarsist və paniranist millətçilərinə işarə edərək onların əsasən Türk milli varlığını bir təhdid kimi gördüklərini önə çəkir: “Türk Fraksiyasına müxalif olan qüvvələr əsasən Türk varlığını və bu adı təhdid kimi görürlər. Onların bu qədər duyğulanması Türk milli kimliyia dınadır.  İzlədiyim müsahibələr və gördüyüm reaksiyalardan belə düşünürəm. Misal üçün bunun adı “azəri olsaydı bu qədər həssasiyyət yaranmazdı. İranlılıq kimliyi türk kimliyinə düşmənlik üzərində təriflənir. Bu da istər istəməz İran millətçiləri və aydınları tərəfindən mənimsənmişdir,” deyə onlar belə düşünürlər.

Xudaferin.eu

11:42