Məhkəmədən əcaib qərar: “Şortik geyinən qızları döyə bilərsiniz”
Türkiyədə avtobusda şortik geyinmiş qıza hücum edən şəxsə məhkəmədə bəraət qazandırılması sosial mediada böyük təpkiyə səbəb olub.
Erkan Qızılatəş adlanan dindar bir şəxs avtobusda şortik geyinmiş qıza hücum edərək onu şapalaqlayıb. Daha sonra ona təpki göstərən qızı döyüb. Bu olay avtobusda olan sərnişinlər tərəfindən mobil telefona çəkilib və anındaca bütün sosial şəbəkələrdə də paylaşılıbdır.
Bundan sonra, döyülən qızın və şahidlərin şikayəti əsasında həmin şəxs haqda cinayət işi açılıb. Amma məhkəmə Ercan Kızılateşin həbssiz mühakimə olunduğu üçün sərbəst buraxıb. Bu da sosial mediada böyük etirazla qarşılanıb. Həmin xəbərə minlərlə “tvit” atılıb ki. Hər kəs “Ədalət harada qaldı? Sizin ədalət anlayışınız budurmu” kimi şərhlər yazaraq olaya münasibətini bildiriblər.
Qeyd edək ki, 2002-ci ildən bu yana 15 ildir Türkiyədə hakimiyyətdə olan dinçi, əşirətçi və çox dəhşət saçan korrupsiya əməllərində suçlu bilinən AKP-nin apardığı məhkəmə islahatlarının sonucu olaraq, əsasən “imam xətib” məktəblərində təhsil almış kadrlara üstünlük verilir. Ölkənin ədliyyə naziri də zatən “imam xətib” məktəbinin məzunudur. Ona görə də hakimlər şəriət qanunları və din pərdəsi altında aşırı dini siyasəti qəbul etməyənlərin hüquqlarının pozulması, ifrat dindarlıq nümayiş etdirənlərin hüquqlarının qorunması yönündə siyasət yürüdürlər.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”
09:26
Digər xəbərlər