Merkelin Bakıda müzakirə edəcəyi əsas məsələ məlum olub

Xəzər dənizindən hasil olunan təbii qazın Avropa İttifaqına nəqlinin artırılması imkanları Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri zamanı əsas müzakirə mövzularından biri olacaq. 

Xudaferin.eu-nun TASS-a istinadən verdiyi xəbərə görə, bunu Britaniyanın “Financial Times” nəşri yüksək çinli alman rəsmisinə istinadən yazıb. 

Onun sözlərinə görə, Almaniya Cənub Qaz Dəhlizi layihəsinə ciddi maraq göstərir:

“Berlin istərdi ki, bu boru xətti ilə Avropa həmçinin Türkmənistan və İran qazını ala bilsin”. 

“Financial Times” qeyd edir ki, Berlin Almaniya şirkətlərinin “Şimal axını-2” kəmərinin tikintisi layihəsində iştirakına görə Vaşinqtonun daha çox təzyiqi ilə üzə-üzə qalır. Almaniya hökumətinə həmçinin Avropaya qaz nəqlinin şaxələndirilməsində maraqlı olan Brüssel təzyiq göstərir. 

Qeyd edək k, bu həftə A. Merkel Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək. 

Xudaferin.eu

13:34