Merkel böcək, Trump tənbəl şagird rolunda

 

Almaniyanın bir çox şəhərində ənənəvi karnaval hazırlıqları başlayıb.

“Karnaval” deyilincə ölkədə ilk ağla gələn Köln şəhərindəki keçid mərasimidir ki, burdakı şənliklərə yenə siyasilərin damğa vurması gözlənilir. Karnaval çərçivəsində təşkil edilən müxtəlif tədbirlərin kulminasiya nöqtəsi Rosenmontag (Güllər Bazar ertəsi) keçidlərində meydana gəlir.

Ənənəvi olaraq bu mərasimlərdə siyasətçilərin rəngli heykəlləri hazırlanaraq, onların ünvanına həcv mesajları göndərilir. Builki Rosenmontag keçidində Brexit və faiz siyasəti həcv ediləcək. ABŞ prezidenti də tənqidlərdən payını alacaq. Almaniyanın Baş naziri Angela Merkel yardıma möhtac bir böcək, Donald Trump isə tənbəl bir şagird olaraq əks etdiriləcək.

Təqdim edilən dizaynların birində baş nazir Angela Merkel üz üstü dönə bilmək üçün çırpınan bir uğur böcəyi kimi göstərilir. Avropa Mərkəzi Bankının rəhbəri Mario Draghi isə faizdən faizə tullanan Super Mario olaraq görünür.

 

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

 

09:14