Meksikada jurnalist öldürüldü

Meksikada növbəti jurnalistin öldürülməsi faktı qeydə alınıb.

Xudaferin.eu Trend-ə istinadən xəbər verir ki, meksikalı jurnalist Maksimino Rodriges Palasios Aşağı Cənubi Kaliforniya ştatının La-Pas şəhərində ötən gün naməlum şəxslər tərəfindən öldürülüb.

Palasios işlədiyi “Colectivo Pericu” internet nəşrinin məlumatına görə, ticarət mərkəzinin dayanacağında öz avtomobilini saxladığı zaman güllələnib. Onunla birlikdə avtomaşında həyat yoldaşı olsa da, o xəsarət almayıb.

Qeyd edək ki, Palasios bu il Meksikada öldürülən artıq dördüncü KİV nümayəndəsidir.

Xudaferin.eu

16:07