Meksika mətbuatı Azərbaycanın 30 illik inkişaf yolundan yazıb

Meksikanın nüfuzlu ingilisdilli mətbu orqanı olan “Pulse News Mexico” qəzetində tanınmış jurnalist Teresa Marqolisin Azərbaycanın dövlət müstəqilliyinin bərpasından günümüzə qədərki inkişaf xronikası barədə məqaləsi dərc olunub.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, yazıda oktyabrın 21-də Meksika Milli Tarix və Coğrafiya Akademiyasında Müstəqilliyin Bərpası Günü münasibətilə keçirilmiş “Azərbaycan müstəqilliyinin 30 ili – çətinliklərdən uğura doğru” adlı təqdimata da istinad edən müəllif, Azərbaycanın qədim dövlətçilik tarixi, müstəqilliyin bərpasından sonra qarşılaşdığı çətinliklər, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin güclənməsi və ölkənin hərtərəfli inkişafındakı müstəsna rolu, Azərbaycanın çoxşaxəli neft-qaz strategiyası, sosial-iqtisadi uğurları, ölkədə yaradılmış əlverişli biznes mühiti və nüfuzlu beynəlxalq reytinq agentliklərinin bu göstəricilər üzrə ölkəmizə dair yüksək qiymətləndirmələri barədə məlumat verir.

Sonra erməni təcavüzünün tarixi, 44 günlük müharibə və nəticələri, işğladan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş dağıntılar, ekoloji terror halları və kütləvi minalama haqqında danışılır, habelə bu ərazilərin yenidən qurulması istiqamətində ötən 11 ay ərzində Azərbaycan tərəfindən görülmüş işlərdən bəhs edilir.

Xudaferin.eu

16:34