Meksika dinləyicilərinə Ermənistanın son hərbi təxribatları barədə məlumat verilib
Meksikanın geniş dinləyici auditoriyasına malik “Kanyon” radiosunda Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistanın son təxribatları ilə bağlı kanalın xarici siyasət üzrə tanınmış beynəlxalq şərhçisi Federiko Lamonta verdiyi müsahibə efirə gedib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, müsahibədə sentyabrın 12-si gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat və Azərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması barədə məlumat verilib. Eləcə də bu təxribatın qarşısının alınması zamanı Azərbaycan Ordusunun əsgər və zabitlərinin şəhid olduğu qeyd edilib.
Ermənistanın davamlı olaraq bu cür təxribatlara əl atmasının Ermənistan hakimiyyətinin sülh danışıqlarından boyun qaçırmasına dəlalət etdiyi bildirilib, son iki ay ərzində Ermənistan tərəfindən dəfələrlə hərbi və siyasi təxribatların törədildiyi qeyd olunub. Son olaraq sərhəddə baş verən insidentin təşəbbüskarının Azərbaycan tərəfinin olmadığı, hərbçilərimiz tərəfindən Ermənistanın növbəti təxribatına cavab verildiyi vurğulanıb.
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan hökuməti tərəfindən bərpa və yenidənqurma işlərinin aparıldığını qeyd edən səfir həmin ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi üçün xarici investisiyaların cəlb edildiyini, habelə həmin ərazilərdə irimiqyaslı investisiya layihələri həyata keçirildiyini və Azərbaycanın bu sərmayələrin gələcəyini təhlükəyə atacaq hər hansı gərginliyin yaranmasında maraqlı olmadığını söyləyib.
Müsahibədə, həmçinin regionda sülhün bərqərar olması və Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycan tərəfindən 5 prinsipin təqdim edildiyi və Azərbaycanın hər zaman sülh danışıqlarına hazır olduğu bildirilib. Bunun üçün isə Ermənistan Azərbaycana qarşı öz ərazi iddialarından əl çəkməlidir.

Xudaferin.eu
16:32
Digər xəbərlər