Məcid Araz: “Güney Azərbaycanın Batı bölgəsində silahli qarşıdurmalar gərginliyə səbəb olur”

 

Bu yaxınlarda Güney Azərbaycanın Batı bölgəsində, yəni Urmu vilayətində PKK-nın İran qanadı olan PJAK və İbölgədəki yerli sərhədçilər arasında baş verən qarşıdurmada azı üç İyerli əsgər öldürülüb. Amerikanın Səsi” radiosuna açıqlama verən Güney Azərbaycan Milli Hərəkatının Urmudan olan fəalı Məcid Araz PJAK kimi qrupların silahlı fəaliyyətlərinin bölgədə yaşayan və azsaylı olsalar da kürd icmasının gərginlik törətmək üçün atdığı addımlar atdığını bildirib.

 “Təbii ki bunlar bölgədə gərginliyə səbəb olur. Yəni türklərlə və bölgədə yaşayan azsaylı kürdlər arasında əlaqələri gərginləşdirir. Biz bunu internet mühitində də rahatlıqla görə bilirik. Durumun belə bir həddə çatması seçkilər və yerli siyasi tədbirlərə də birbaşa təsir göstərir. Misal üçün, Urmuda son şəhər şurası seçkilərində və daha əvvəlki millət vəkili seçkilərində bu tamamən öz təsirini göstərdi. Əlbəttə, burada bir də bütün mexanizmləri əlində tutan İran mollakrat rejimi faktoru var,” Məcid Araz söyləyir.

Bu terror qruplarının çoxu kürdlərin haqlarını müdafiə etdiklərini iddia edirlər. Lakin bunları kürd xalqı ilə bir tutmamaq lazimdir. Müsahibin fikrincə "bu məsələ sadəcə Güney Azərbaycan və Urmu vilayəti ilə bağlı olan bir şey deyil. PKK məsələsi Türkiyə, İraq, Suriya və İran da vardır və beynəlxalq bir məsələyə dönüşüb.”

Məcid Araz hesab edir ki: “İran mollakratiya rejimi bölgədə mövcud olan milli hərəkatlar arasındakı güc tarazlığını öz nəzarəti altında saxlamaq məqsədi ilə PKK kimi qruplardan istifadə edir. Onun dediklərinə görə, “Güney Azərbaycan Milli Hərəkatının fəalları bu qənaətdədirlər ki, İran molla rejiminin bölgədə PKK ilə çox geniş və ətraflı işbirliyi var. Özəlliklə də Urmu vilayətində türk siyasi hərəkatını, yəni Güney Azərbaycan Milli Hərəkatı dediyimiz hərəkatı önləmək və orada bir tarazlıq yaratmaq üçün, İran PJAK kimi terror təşkilatlarını dəstəkləyir. PJAK kimi terrorçu qrupların fəaliyyətləri nəticəsində sosial şəbəkələrdə ortaya çıxan münaqişələrdə bəzən sadəcə siyasi qruplara deyil, etnik cəmiyyətlərə qarşı ifadələr də yer alır”.

Məcid Araz kürd cəmiyyəti ilə PJAK kimi qrupları eyniləşdirməyin doğru olmadığını deyir: “Əslində bunları kürdlərə bağlamamaq lazimdir. Bu terror qruplarının çoxu kürdlərin haqlarını müdafiə etdiklərini iddia edirlər. Lakin bunların kürd xalqı ilə bir tutmamaq lazimdir”.

Güney Azərbaycan Milli Hərəkatının fəalları iranlı adı altında farsdilli medianın Güney  Azərbaycanın Urmu bölgəsində cərəyan edən silahlı fəaliyyətlərə dair mövqelərini tənqid edirlər. Belə ki, Urmu bölgəsində başda PJAK olmaqla kürdlərin silahlı terror birləşmələrini dolayı yolla sanki dəstəkləyirlər. Guya bölgədə qaçaqmalçı qruplar var və onlar nüfuz uğrunda mübarizə aparırlar, kimi təbliğatları ortaya atırlar. Türk fəalların idarə etdiyi saytlarda yazılanlara görə, Bəluçstan kimi vilayətlərdə silahlı aktları sərt şəkildə məhkum edənlər Urmu vilayətində baş verən olaylara laqeyd yanaşırlar.

Amerikaninsesi.org

10:06